Əlaqə Arxiv
news Image
2017.12.05
15:52
| A A A
Lavrov: "Xəzərin hüquqi statusuna dair bütün əsas məsələlərlə bağlı nəticə əldə etdik"

"Böyük məmnuniyyətlə deyə bilərəm ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə etdik".

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, konvensiyanın mətni faktiki olaraq hazırdır: "Bu yaxınlarda sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasına hazırlıq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq.
 
Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxıstan rəhbərliyi tərəfindən veriləcək".

Sizin Reklam Yeriniz