Əlaqə Arxiv
news Image
2017.12.07
09:58
| A A A
Rəsmi Bakı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirib
Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır

 "Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır".

“Report” xəbər verir ki, bunu noyabrın 6-da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı KİV-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, rəsmi Bakı cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

Sizin Reklam Yeriniz