Əlaqə Arxiv
news Image
2017.12.08
16:37
| A A A
Qahirəni yenə nümayiş bürüdü

Yüzlərlə adam bu gün Qahirədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz olaraq dinc nümayişə çıxıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, nümayiş cümə namazından sonra "Əl-Əzhər" məscidi önündə başlayıb.

Etirazçılar Qüdsün nə qərbə, nə şərqə aid olmadığını, ərəblərə məxsus olduğunu şüar kimi səsləndirirlər.

 

Xatırladaq ki, dekabrın 6-da D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Sizin Reklam Yeriniz