Əlaqə Arxiv
news Image
2017.12.09
18:23
| A A A
Nazarbayev və Ərdoğan Qüds məsələsini müzakirə etdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Movqe.Az Trend-ə istinadən bildirir ki, Qazaxıstan liderinin Mətbuat xidmətinin məlumatına görə, prezidentlər arasında telefon danışığı olub.

Prezidentlər İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısı ilə bağlı fikir mübadiləsi aparıblar.

Danışıq zamanı liderlər həmçinin, ikitərəfli əməkdaşlıq və regional məsələləri də müzakirə ediblər.

Sizin Reklam Yeriniz