Əlaqə Arxiv
news Image
2017.12.11
16:04
| A A A
Rusiya azərbaycanlıları Putinin prezidentliyə namizədliyini dəstəkləyirlər

Rusiya azərbaycanlıları Vladimir Putinin növbəti dəfə prezident postuna namizədliyini irəli sürməsi ilə bağlı qərarını dəstəkləyiblər.Movqe.az  verdiyi məlumata görə, bu barədə Rusiyadakı azərbaycanlı icmaları adından Rusiya prezidentinə göndərilən məktubda qeyd olunub.

"Rusiyadakı azərbaycanlı icmaları adından Sizin qarşıdakı prezident seçkilərində iştirakla bağlı qərarınızı tam dəstəkləyirik. Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan azərbaycanlılar istisnasız olaraq Sizə güvənir və Sizi dəstəkləyir. Məhz sizin ölkəyə rəhbərlik etdiyiniz vaxtda Rusiya nəhəngliyini, siyasi və iqtisadi çiçəklənməsini özünə qaytara bilib", - deyə Vladimir Putinə məktubda bildirilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə məktubu Rusiyadakı azərbaycanlı icmaları adından akademik Fazil Qurbanov imzalayıb.

APA

Sizin Reklam Yeriniz