Əlaqə Arxiv
news Image
2017.12.13
13:06
| A A A
Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb

“İsrail bir işğal dövlətidir. İsrail bir terror dövlətidir”.

Movqe.az-ın məlumatına görə, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, Tramp bu qərarı ilə terror dövləti olan İsraili mükafatlandırıb: “Ey Tramp sənin qərarınla heç nə dəyişmir. İşğal altında olan bir şəhərlə bağlı belə bir qərarın açıqlanmasının heç bir hökmü yoxdur.
ABŞ-ın bu beynəlxalq hüquqa zidd qərarına sadəcə Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. Bu qərarı qəbul etməyən bütün dövlətlərə təşəkkür edirik. ". 

R.T.Ərdoğan qeyd edib ki, ABŞ-ın qərarı beynəlxalq hüququn pozulması ilə yanaşı, islam mədəniyyətinə də zərbədir. 

Sizin Reklam Yeriniz