Əlaqə Arxiv
news Image
2017.12.18
11:22
| A A A
Peruda beynəlxalq sərgidə Azərbaycan təqdim olunub (FOTO)

Peru Respublikasının birinci xanımı Nensi Langenin rəhbərliyi altında Peruda Akkreditə olunmuş diplomatların həyat yoldaşlarının Assosiasiyası - ACODAPE (Asociación de Cónyuges de Diplomáticos Acreditados en el Perú), o cümlədən akkreditasiya olunmuş səfirliklərin dəstəyi ilə Respublika Prezident Sarayında təşkil olunan sərginin açılışı keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyinin Lima şəhərindəki ofisindən  verilən məlumata görə, tədbir-sərgi Milad bayramı və müxtəlif ölkələrin ən təntənəli keçirilən ənənəvi bayramlarına həsr edilib. Azərbaycan tədbirdə ənənəvi Novruz bayramının təqdimatı ilə təmsil olunub. Sərginin bir həftə ərzində davam etməsi nəzərdə tutulub. Bu zaman ərzində sərginin çoxsaylı qonaqları nümayiş olunan digər bayramlarla yanaşı, Novruz bayramının tarixi, ənənələri, bayram süfrəsi ilə tanış ola biləcəklər.

Açılış günü tədbirdə Perunun birinci xanımı N.Lange, Hökumət üzvləri və ölkənin digər yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər. Tədbir yerli televiziya və radio kanallarda geniş işıqlandırılıb.

Tədbirin qonaqları YUNESKO-nun qeyri-maddi sərvətləri siyahısına daxil olan məşhur bayramların ənənələri və rəngarəng atributları ilə tanış olmaq imkanı əldə ediblər. Sərginin açılışından sonra Prezident sarayının baş meydanında təntənəli konsert keçirilib.

trend

Sizin Reklam Yeriniz