Əlaqə Arxiv
news Image
2017.12.18
12:14
| A A A
“GUAM ölkələrində münaqişələr regionun inkişafına mane olur”

"GUAM ölkələrində münaqişələr regionun normal inkişafına mane olur".

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında çıxışında deyib. O bildirib ki, GUAM çərçivəsində sülh və təhlükəsizlik məsələlərinə tam nail olunmayıb: "Ərazi bütövlüyü məsələsi aktual olaraq qalır. Bu problemlər aradan qaldırılmadan regionun potensialını tam realizə etmək mümkün olmayacaq. Bu sahədə beynəxalq ictimaiyyətin dəstəyinə böyük ehtiyac var".
 
M. Canelidze qeyd edib ki, GUAM təşkilatı region və ondan kənarda etibarlı tərəfdaşa çevrilib. Onun sözlərinə görə, təşkilat çərçivəsində bütün istiqamətlər üzrə nailiyyətlər əldə olunub: "Təşkilat çərçivəsində ümümi gələcəklə bağlı iqtisadi inkişaf, siyasi konsolidasiya və mədəniyyət və xalqlar arasında əməkdaşlıq sahələri üzrə birgə prioritetlər müəyyən olunub".
 
Gürcüstan XİN rəhbəri GUAM-ı dəstəkləyən qurum və dövlətlərə təşəkkür edib.

Sizin Reklam Yeriniz