Əlaqə Arxiv
news Image
2017.12.21
10:47
| A A A
Daha bir KXDR hərbçisi Cənubi Koreyaya qaçıb

Daha bir KXDR hərbçisi sərhədi aşaraq Cənubi Koreya ərazisinə keçib. APA-nın xəbərinə görə, bu barədə “Rönhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.

Məlumata əsasən, yerli vaxtla saat 08:04-də Şimali Koreya ordusunun əsgəri dumanlı hava şəraitindən istifadə edərək Cənubi Koreyanın nəzarət-keçid məntəqəsinə maneəsiz keçib.
 
Qeyd edək ki, noyabrda KXDR hərbçisi Cənubi Koreya ərazisində keçib. KXDR sərhədçiləri tərəfindən atəşə tutulan əsgər yaralanaraq xəstəxanaya çatdırılıb.

Sizin Reklam Yeriniz