Əlaqə Arxiv
news Image
2017.12.23
09:30
| A A A
Geri addımlayan Ermənistan tez-tez yıxılır
Gələn il Ermənistanın qarşısında “qaranlıq tunel” kimi görünür

Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda proqnozlarını açıqlayıb. Hesabatda Cənubi Qafqazda Rusiyanın aparadığı siyasətin bəzi məqamları haqda rəylər də yer alıb. Bu il region ölkələrinin xarici siyasəti hesabatın hazırlanmasında nəzərə alınıb və Rusiyanın geostrateji maraqlarından irəli gələcək davranışlar əks olunub. 

Bu konteksdə gələn il Ermənistanın qarşısında “qaranlıq tunel” kimi görünür. Belə ki, RSDM ekspertlərinin fikrincə, bu ölkə  Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək”. Məsələ burasındadır ki, gələn il Ermənistan parlament üsul-idarəsinə keçməklə siyasi idarəetmə strukturunu dəyişməlidir. Bu əsasda ölkənin baş naziri idarəetmədə əsas fiqura çevriləcək. İndiki prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında artıq xeyli vaxtdır ki, bu post uğrunda gizli savaş gedir. Düzdür, baş nazir vəzifəsinə gedən yol seçkilərdən keçir. Amma Ermənistanda seçkilərin iki mühüm cəhəti var : Moskvanın tapşırığı və seçki saxtakarlığı.Hansı namizəd bu prosedurlardan «alnıaçıq» çıxsa, o da hökumətə başçılıq edəcək. 
İndi İrəvanın başbilənlərinin gözü dikilib baş nazir vəzifəsinə, buna görə ətrafların görə bilmirlər. Buna görə də Moskvanın qanadı altına sığına-aığına Avropanın qucağında oturmaq istəklərinin nə qədər təhlükəli olduğunu görə bilmirlər. Bu naşılıq onlara daha baha otura bilər.
İndi Rusiya mətbuatı ermənilər haqda ardıcıl təhqiredici və aşağılayıcı materiallar dərc edir. Təbii ki, bu, İrəvanın Aİ-yə tərəf istiqamətlənməyi arzulamasına cavabdır. Kreml ermənilərə səylə aşılamağa çalışır ki, onlar Moskvanın əlində sadəcə, alətdən başqa bir şey deyillər. 
Bu arada isə Ermənistan siyasi fikri yenə naşılıq ucbatından Avropanı özlərinə arxa bilib Rusiyaya siyasi hücum planları təşkil edirlər. Məsələn, bu yaxınlarda Ermənistanın istəyi üzrə onun İranla sərhədlərini qoruyan rus hərbçiləri arasında baş vermiş narazılığa görə İrəvan mətbuatında anti-rus əhval-ruhiyyəsini gücləndirməyə yönəlik yazılar dərc edilir. Hüquq müdafiəçisi Artur Sakunts saytlardan birində yazır ki, yol çəkmək qadağası Rusiya sərhədçilərinin səlahiyyətinə daxil deyil və söhbət Ermənistanın “de-fakto” işğalından gedir: “Bu, təkcə RF sərhədçiləri tərəfindən ER konstitusiyasının pozulması deyil, həm də ER suverenliyinin pozulmasına əl uzadan struktura münasibətdə hökumətin fəaliyyətsizliyidir. Hökumət Serj Sərkisyanın simasında ER suverenliyini Rusiya Federasiyasına güzəştə gedib”.
Bu cür əhval-ruhiyyənin intişarı, görünür, hakimiyyətdə kimlərəsə sərf edir və ya ola bilsin, erməni siyasəti belə üsullarla Kremldən daha nə isə qoparmağa çalışır. Amma bütün bunların astar üzü də var və “qızın iki adaxlısı olanda” işlərin axırı heç də yaxşı qurtarmır, böyük faizlə dava-dalaş baş verir. RSDM-in proqnoz-hesabatını tərtib edənlər bəlkə də bu aspektdə gələn il Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi, münaqişə zonasında gərginliyin arta biləcəyini qeyd ediblər: “Seçkilər dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə xərclərini artıracaq”. “Müəyyən fasilələr” proqnoz olduğu və gələcəyə hesablandığı üçün qeyri-müəyyən qiymətdir və Azərbaycanın “örazi bütövlüyünün” müqəddəsliyi meyarı, hesab etmək olar ki, nəzərə alınmayıb. Yəni, gələn il Ermənistanın Qarabağda topladığı qoşunlarına 2016-nın aprelindəkindən daha dəhşətli zərbə vurula bilər. Onda daha Kremldən Azərbaycan müdafiə nazirinə hücumu saxlamaq xahişi ilə müraciət etməyə kimsədə həvəs olmayacaq. 
Beləliklə, Dağlıq Qarabağda sülhün bərpasına etinasız yanaşan Ermənistanı qarşıda çətin sınaq gözləyir və onun bu imtahandan necə çıxacağını söyləmək çətindir. Ancaq o məlumdur ki, bu ölkə mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzədir.
N.NOVRUZ 

 

 

Sizin Reklam Yeriniz