Əlaqə Arxiv
news Image
2017.12.23
10:00
| A A A
Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoq üçün əvəzolunmaz ölkə statusu qazanır
Elman Nəsirov: “Multukulturalizm, mədəniyyətlərarası, sivilizasiyalararası dialoq kimi ülvi keyfiyyətlər Azərbaycanda əsrlərdən bəri gələn həyat tərzidir”

"Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir". Bunu Prezident İlham Əliyev Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilməsini şərtləndirən səbəblər nədir?

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, dinlər və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərləri Azərbaycanda qədimdən kök salmış ülvi dəyərlərdir: “Cənab Prezident  "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfransında çıxışı zamanı qeyd etdi ki, Azərbaycan sözügedən sferada əvəzolunmaz dövlətdir. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa çox böyük töhfələr verir. Bunu şərtləndirən amillərə gəldikdə isə, onu deyim ki, multukulturalizm, mədəniyyətlərarası, sivilizasiyalararası dialoq, dinlərarası barışıq kimi ülvi keyfiyyətlər Azərbaycanda əsrlərdən bəri gələn həyat tərzidir. Yəni, ulu babalarımız tərəfindən də belə ir davranış tərzi həyata keçirilib. 
Heç zaman Azərbaycanda dini zəmində toqquşmalar olmayıb. Bu ərazidə məskunlaşan xalqlar arasında həmin səpkidə toqquşmalar baş verməyib. Bu isə ən vacib məqamlardan biri olaraq xalqımızın adət-ənənəsindən doğan bir amildir. İkinci bir tərəfdən, dinlər və mədəniyyətlərarası dialoq ölkəmizdə dövlət siyasətidir. Dövlətimiz məhz həmin siyasəti həyata keçirir. Bu nöqteyi-nəzərdən keçən ilin multukulturalizm, cari ilin isə İslam həmrəyliyi ili elan edilməsi və sayca IV İslam Oyunlarının Bakıda baş tutması həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. 
Üçüncü bir tərəfdən dinlər və mədəniyyətlərarası dialoqun olması həm də ictimai sifarişdən irəli gəlir. Yəni, dövlətimiz bu siyasəti həyata keçirməklə yanaşı, xalqımız da bunun məhz belə olmasını istəyir. Dövlətimizin siyasəti xalqın mənafeyinə söykəndiyindən burada maraqlar üst-üstə düşür və bu sahədə Azərbaycan əvəzolunmaz dövlətə çevrilir. Eyni zamanda, Azərbaycan ona görə bu siyasəti həyata keçirir ki, bu ölkəmizin zənginliyindən irəli gəlir. Azərbaycan çoxmillətli dövlətdir. Burada çoxsaylı dini icmalar bir-birilə mehriban yaşayır. Bu fonda həmin siyasəti yürütməklə Azərbaycan və onun xalqı daha da zənginləşir, güclənir. 
Belə bir siyasətin yürüdülməsi həmçinin ölkəmizin gələcəyinin təminatıdır. Çünki bu siyasətin alternativi ola biləcək siyasət ksenofobiya, islamafobiya kimi qorxulu tendensiyalardır. Həmin tendensiyalar da hazırda Avropada geniş yayılmağa başlayıb. Dinlər və mədəniyyətlərarası dialoqda əvəzolunmaz bir mərkəzə çevrilməyimiz həmçinin gələcəyimizi də təmin edir. Çünki bununla təkcə bu günün deyil, həm də gələcək uğur və sabitliyimizin fundamentini daha da möhkəmləndiririk. 
Eyni zamanda, bu, bizim böyük məsuliyyətimizdir. Dərk edirik ki, belə bir siyasəti həyata keçirməsək müxtəlif dinlər, mədəniyyətlər arasında toqquşma və ziddiyyətlər üçün geniş imkanlar, fürsətlər yaranmış olar. Bu olmasın deyə, sabitlik, əmin-amanlıq, birgəyaşayış həyat tərzini qoruyub saxlamaq üçün həmin siaysəti həyata keçiririk. Bununla eyni zamanda sözügedən həyat tərzini nümunə olaraq dünyaya da ixrac edirik. Çünki məhz bu siyasət konkret nəticələr verir, yalnız o halda sabitlik, təhlükəsizlik hökm sürür və inkişaf gedir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Cənab Prezidentin tədbirdə səsləndirdiyi fikirlərin böyük əhəmiyyəti var. Azərbaycan sözün həqiqi mənasında dünyada sülh və əmin-amanlığa, xüsusilə multikulturalizm kimi ülvi dəyərlərə ciddi töhfələr verir. Bu istiqamətdə Azərbaycanın dünyaya örnək olacaq mühüm yeri vardır”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz