Əlaqə Arxiv
news Image
2017.12.23
12:45
| A A A
Ziyafət Əsgərov: Gələn il prezident seçkiləri çox yüksək səviyyədə keçiriləcək

2018-ci ildə Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitlik şəraitində keçəcək.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

2018-ci ildə Azərbaycanda təhlükəsizlik məsələsinə toxunan Z.Əsgərov bildirib ki, hazırda bütün dünya təhdid içərisindədir:

"Biz dünyadan təcrid olunmuş vəziyyətdə deyilik. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma bizim təhlükəsizlik orqanları bu işdə çox ayıq-sayıqdırlar, baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq".

Trend

Sizin Reklam Yeriniz