Əlaqə Arxiv
news Image
2017.12.24
10:12
| A A A
Prezident İlham Əliyev və xanımı MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak ediblər

Dekabrın 24-də Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoydu.

Sonda xatirə şəkli çəkdirildi.

Sizin Reklam Yeriniz