Əlaqə Arxiv
news Image
2017.12.24
13:29
| A A A
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz çoxillik dövlət idarəçiliyi təcrübəsinə maliksiniz və haqlı olaraq uzaqgörən siyasi xadim, müdrik rəhbər hesab edilirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində təkmilləşmə və modernləşmə yolu ilə ardıcıl surətdə irəliləyir.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyada baş verən proseslərə münasibətdə fəal mövqeyi Sizin adınızla bağlıdır.

Birlik ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əminəm ki, Sizin siyasi iradəniz və müdrik dövlətçilik mövqeyiniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlətin formalaşmasına şərait yaradacaq, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların reallaşmasına yönəlmiş birgə səylərimiz Azərbaycanın və MDB iştirakçısı olan digər dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən:

"Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin yorulmaz səyləriniz, ölkənin milli maraqlarına və vətəndaşların firavanlığına qayğınız sayəsində gələcəyə istiqamətlənən, sosial-iqtisadi və mədəni inkişaf sahəsində sanballı uğurlar qazanan Azərbaycan dünya birliyində layiqli yer tutur. Qonşumuz Azərbaycanın uğurlarına biz də ürəkdən sevinirik. Sizin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfənizi, qarşılıqlı faydalı iqtisadi və humanitar layihələr həyata keçirmək, tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək səylərinizi Dağıstanda yüksək qiymətləndirirlər.

Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul edin.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş uzaqgörən siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi tanıyırıq.

Əminəm ki, Sizin səyləriniz sayənizdə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanmısınız. Sizin Vətəninizə sədaqətlə xidmət etməyiniz Azərbaycan Respublikasının möhkəmlənməsinə, onun beynəlxalq mövqeyinin güclənməsinə və ölkə əhalisinin rifahının yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikasının qazandığı parlaq uğurlar bütün dünyaya göstərir ki, Siz görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirirsiniz.

İcazə verin, məni Azərbaycan Respublikasının yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq gördüyünüz üçün bu xoş fürsətdən istifadə edib Sizə bir daha dərin təşəkkürümü bildirim. Mən bunu Azərbaycan ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan arasında dostluq əlaqələrinin inkişafına və əməkdaşlığa Sizin xüsusi diqqətinizin göstəricisi kimi dəyərləndirirəm. Bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri həmişə səmimiyyət və etimad kimi xüsusiyyətləri ilə fərqlənib və bu gün də belədir. Biz, dağıstanlılar bu münasibətləri yüksək qiymətləndiririk.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram".

X X X

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Həştərxan vilayəti ilə Azərbaycan arasında ən müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Əminəm ki, sosial-iqtisadi layihələrin həyata keçirilməsi üzrə apardığımız birgə iş bizim vətəndaşlarımızın rifahı naminə uzunmüddətli strateji tərəfdaşlıq üçün möhkəm təməl olacaq.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm və Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün işlərinizdə yeni uğurlar və nailiyyətlər diləyirəm".

X X X

Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gündə Sizə Vətən naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayır, müdriklik, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".

Sizin Reklam Yeriniz