Əlaqə Arxiv
news Image
2017.12.25
09:35
| A A A
Qvatemala İsraildəki səfirliyini Qüdsə köçürür

Qvatemala prezidenti Cimmi Morales ölkənin İsraildəki paytaxtını Qüdsə köçürdüyünü bəyan edib.

Movqe.az Trend-ə istinadən bildirir ki, prezident bu barədə "Facebook" sosial şəbəkəsində yazıb.

"Bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbət etmişik. Əsas məsələlərdən biri Qvatemalanın səfirliyinin Qüdsə qayıtması olub. Xarici işlər nazirinə artıq bu məsələ ilə bağlı öz göstərişlərimi vermişəm", deyə Morales bildirib.

 

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.

Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.

Sizin Reklam Yeriniz