Əlaqə Arxiv
news Image
2013.03.15
16:03
| A A A
ATƏT-in baş katibi: Azərbaycan regionda vacib oyunçudur

Azərbaycan regionda və ATƏT ölkələri arasında vacib oyunçudur və təşkilatın iştirakçı ölkələri arasında çox aktiv rol oynayır. Movqe.az-in məlumatına görə, bu barədə ATƏT-in baş katibi Lamberto Zannier cümə günü Bakıda keçirilən brifinqdə bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyəti daxil olmaqla, ATƏT Azərbaycan üçün vacib olan məsələlərdə əhəmiyyətli rol oynayır", - Zannier deyib.

Onun sözlərinə görə, ATƏT-in Bakı ofisinin fəaliyyəti bir çox illər ərzində uğurlu olub və çox şey əldə olunub.

"Hazırda biz fəaliyyətimizi davam etdirməyin ən yaxşı üsulunun müzakirəsi prosesindəyik", - Zannier bildirib.


Sizin Reklam Yeriniz