Əlaqə Arxiv
news Image
2017.12.25
17:34
| A A A
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz dostum.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə həyatınızın bütün sahələrində şəxsi rifah, xoşbəxtlik və tərəqqi arzulayıram.

Sizi tanımağımdan, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini inkişaf etdirmək istiqamətində Sizinlə işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da intensiv şəkildə davam etməsini arzulayıram.

Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

XXX

Moldova Respublikasının Baş naziri Pavel Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı bildirirəm. Ümidvaram ki, bu xüsusi məqam Sizə, Sizin gözəl ailənizə və Azərbaycan xalqına yalnız sevinc bəxş edəcək.

Ölkənizə Sizin bu cür uzaqgörənliklə və fədakarlıqla rəhbərlik etməyinizə heyranam. Sizin rəhbər tutduğunuz dəyərlər həm mürəkkəb dövrlərdə, həm də sülh şəraitində uğur qazanmağa və Azərbaycan xalqını istiqamətləndirməyə imkan verir.

Fürsətdən istifadə edib Sizə və ailənizə yeni ildə xoş bayram əhval-ruhiyyəsi və uğurlar diləyirəm.

Zati-aliləri, Sizə dərin hörmətimizə əmin olmağınızı xahiş edirəm.

XXX

Moldova Respublikasının üçüncü Prezidenti Vladimir Voronin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Siz bütün Azərbaycan xalqının tanınmış liderisiniz. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan nəinki firavanlaşan müasir dövlətə, həm də regional liderə, beynəlxalq arenada nəzərəçarpan və nüfuzlu tərəfdaşa çevrilib.

Sizin görkəmli atanız Heydər Əliyevin başladığı işi - güclü, özünü təmin edən Azərbaycan dövləti qurulması kursunu necə bacarıqla və ləyaqətlə davam etdirməyinizi diqqətlə izləyirəm.

Ölkənizin üzləşdiyi problemlərə görə həmişə səmimi narahatlıq keçirir, Sizin uğurlarınıza ürəkdən sevinirəm.

Dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin xüsusi xarakter daşımasına hər vasitə ilə kömək etməyə hazıram.

Sizin həyatınızda ailənizin necə mühüm yer tutduğunu yaxşı bilirəm. Arzum budur ki, doğmalarınız və yaxınlarınız sağlam və xoşbəxt olsunlar.

Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə Sizə bir insan və siyasi xadim kimi uzunömürlülük, rəhbər müdrikliyi və ata xeyirxahlığı arzu edirəm.

İcazə verin, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına da sülh və firavanlıq diləyim.

XXX

Fransa Milli Assambleyasının keçmiş üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Doğum gününüz münasibətilə Azərbaycanın Dostları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyətinizin uzunmüddətli olmasını diləyirik. Sizi sədaqətlə dəstəkləməyə davam edəcək, Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni səylər göstərəcəyik.

Zati-aliləri, ən xoş arzularımızı qəbul etməyinizi və Sizə yüksək ehtiramımızdan əmin olmanızı xahiş edirəm.

Ad gününüz mübarək.

XXX

Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova  Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və yaxınlarınıza uzun ömür, xoşbəxtlik, möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni zəfərlər arzu edirəm.

XXX

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, böyük həyat enerjisi, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm. Əminəm ki, Sizə xas olan yüksək peşəkarlıq və işinizə sədaqət keyfiyyətləri Vətən naminə nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyə imkan verəcək.

Sizə və ailənizə xoşbəxtlik, xoş günlər və firavanlıq arzu edirəm.

XXX

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən səmərəli dövləti fəaliyyətinizin davamlı olmağını, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunda yeni uğurlar arzu edirəm.

Sizə bir daha səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq diləyirəm.

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, bütün təşəbbüslərinizdə müvəffəqiyyət və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanın davamlı tərəqqisi və rifahı naminə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə möhkəm sabitliyin və dinamik inkişafın, reallaşdırılan irimiqyaslı layihələr və mötəbər tədbirlər sayəsində respublikanızın beynəlxalq səviyyədə artan nüfuzunun şahidiyik.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə hərtərəfli dəstəyinizə və türkdilli dövlətlərin arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirəm.

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.

Türkdilli xalqların mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilin "İslam Həmrəyliyi İli" elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən Fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.

Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxili və xarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.

Sizin Reklam Yeriniz