Əlaqə Arxiv
news Image
2017.12.27
08:00
| A A A
Cəbhə təxribatları düşmənə baha başa gəlir
İbrahim Rüstəmli: “Erməni camiyyətinin bu gedişlərə açıq-aşkar etinasız münasibəti ümidsizlik sindromunu gücləndirir” Ədalət Verdiyev: “İndiki vəziyyətdə cəbhədə vəziyyətin gərginləşməsi onlara heç bir fayda gətirməyəcək”

Məlumdur ki, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Qeyd edək ki, düşmən düşmən tərəfinin son dövrlər atəşkəsi pozması, təxribata cəhd halları intensivləşib. Hərbiçi ekspertlər ermənilərin fəallaşmasını müxtəlif səbəblərlə izah edirlər. 

Ehtiyatda olan polkovnik-leytenan İbrahim Rüstəmli bildirdi ki,  jurnalistlərlə yeni il öncəsi ənənəvi görüşü zamanı Ermənistan prezidenti Serj Sarkisyan ciddi problemlərlə üzləşib: “Auditoriya qarşısında həqiqi siyasi və psixoloji durumunu gizlədə bilmir. Ancaq o da var ki, Serjik öz obrazına heç vaxt bu qədər yaxın olmayıb! Çünki dilindən çıxan hər bir kəlmə onu səhnə önünə həm də bu obrazın ən uğursuz ifaçısı kimi daşıyır: “Həqiqətən, ən çətin şey məğlubiyyətdir. Hamı bununla barışa bilmir!”. Serj Sarkisyanın jurnalistlər qarşısındakı bu etirafı nə qədər səmimi səslənsə də, erməni cəmiyyəti tərəfindən rəğbət doğuracaq yenilik kimi qarşılanmayıb. Dinc əhali bu fikirləri şəxsən prezidentin öz dilindən eşitmək üçün onu uzun müddət siyasi, psixoloji təzyiq və təhdid altında saxlayıb.
Əhalinin həqiqi təpkiləri isə ölkənin bir sıra nüfuzlu sosial və siyasi institutları, qeyri hökumət təşkilatları tətərfindən dəstəklənib. Məsələn, “Qafqaz barometri 2017” Ermənistanın tədqiqat resursları Qafqaz mərkəzinin son sorğusuna görə, Serjikin komandasına əhalinin yalnız 9 faizi inanır: “Faciə budur ki, insanlar həm mövcud vəziyyətə alternativ görmür, həm də  ölkənin gələcəyini təsəvvürünə gətirə bilmir! Çünki əhalinin ümidlə baxa biləcəyi hansısa bir hakimiyyət strukturu yoxdur! Cəmiyyətdə iqtidara qarşı total etimadsızlıq hökm sürür! Ermənistan – vətəndaşların siyasi perspektiv görmədiyi ölkədir! Bu isə öz növbəsində bir tərəfdən avtoritar rejimin, digər tərəfdən isə silahlı üsyan və terror riskinin artmasına gətirib çıxara bilər!”
Keyfiyyətsiz idarəetmə, korrupsiya, oğurluq və yoxsulluq halları nəyin bahasına olursa olsun, mövcud hakimiyyətdən yaxa qurtarmaq üçün əhalini bütün mümkün vasitələrə əl atmağa vadar edir. Serjikin bərkimiş ictimai rəyə təsir imkanları isə gündən-günə daralır. Hətta “Qarabağ kartı” ilə reallaşdırılan klassik gedişlər də indi effektiv görünmür! 
Xəbər verildiyi kimi,  dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib. Ümumiyyətlə, son günlər düşmənin atəşkəs rejimini tez –tez pozması, kəşfiyyat xarakterli təxribatların artan dinamikası, xüsusilə dinc azərbaycanlıların məskunlaşdığı ərazilərin atəş sektoruna əlavə edilməsi  və s. diqqəti əsas hədəfdən yayındırmaq məqsədi güdür. 
Lakin  erməni camiyyəsinin bu gedişlərə açıq-aşkar etinasız münasibəti ümidsizlik sindromunu gücləndirir, Serjikin gələcəklə bağlı düşüncələrində bir-sıra ciddi redaktələrin qaçılmaz olduğunu zərurətə çevirir. Bu isə öz növbəsində müdafiə sektoruna ən müasir və ən məxfi yeniliklərin tətbiqini Azərbaycan üçün həyati əhəmiyyət daşıyan amil kimi şərtləndirir.  Çünki dalana dirənən yollar yalnız erməni xalqını deyil, elə Serjikin özünü də hər çür təxribata əl atmağa vadar edə bilər! Xüsusilə yeni il öncəsi!..”.
Hərbi məsələlər üzrə digər ekspert Ədalət Verdiyev bildirdi ki, ön xətdə bu cür hadisələrin baş verməsi istisna deyil: “Ermənilərin göndərdiyi PUA-lardan Azərbaycanın “Sədərək” bazarında istənilən qədər var. Nəzərə alaq ki, Azərbaycan Prezidentinin Moskvaya səfəri oldu. Adətən ermənilər bu ərəfələrdə Azərbaycanı atəşkəsi pozan, qarşıdurmanın gərginləşməsinə təhrik edən tərəf kimi göstərmək üçün belə variantlardan istifadə edirlər. Lakin cəbhədə vəziyyətin daha da gərginləşəcəyini düşünmək olmaz. Buna ilk növbədə Ermənistan tərəfinin resursları imkan vermir. 
İkincisi, indiki vəziyyətdə cəbhədə vəziyyətin gərginləşməsi onlara heç bir fayda gətirməyəcək. Serj Sarkisyan hakimiyyətinin vəziyyətinin daha gərgin olduğunu nəzərə alsaq, hazırda onların irimiqyaslı əməliyyatlara nə imkanları, nə də vaxtları var. Ancaq cəbhədə qısamüddətli, lokal münaqişələr hər zaman gözlənilir. Buna görə də silahlı qüvvələrimiz daim diqqətli olmalıdırlar. Düşmənə layiqli cavab vermək üçün isə bizim kifayət qədər gücümüz var. Yəni, ciddi narahatçılıq üçün bir səbəb yoxdur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz