Əlaqə Arxiv
news Image
2017.12.28
15:39
| A A A
Zakir Həsənov hərbi tibb müəssisələrində

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da  olub.  
Nazirlikdən Movqe.az-a verilən məlumata görə, müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
 
Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.
Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub. 

Sizin Reklam Yeriniz