Əlaqə Arxiv
news Image
2017.12.28
18:30
| A A A
İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib

İranın Məşhəd şəhərinin sakinləri işsizlik və yoxsulluğun artmasına etiraz olaraq aksiya keçiriblər.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, aksiya iştirakçıları "Ruhaniyə ölüm, diktatora ölüm" şüarları səsləndirirlər və əllərində İranın ərəb regionuna müdaxiləsini pisləyən plakatlar tutublar. Aksiyada bir neçə min nəfər iştirak edir.
Aksiya keçirilən yerə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar mitinqi dağıtmaq üçün xüsusi texnikadan, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.
Polis və etirazçılar arasında qarşıdurmaların olduğu barədə məlumat verilir.
Qeyd edək ki, İsfahan rəhbərliyi son 9 ay ərzində şirkətlərin iflas etməsi səbəbindən 26 mindən çox insanın işdən azad olunduğunu vurğulayaraq işsizlik böhranının daha da dərinləşməsi barədə xəbərdarlıq edib.

Sizin Reklam Yeriniz