Əlaqə Arxiv
news Image
2018.01.16
12:00
| A A A
Elmar Məmmədyarov həmsədrlər və Ermənistan XİN rəhbəri ilə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək.

Bu barədə Movqe.az-a  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirlir ki, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endyu Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Sizin Reklam Yeriniz