Əlaqə Arxiv
news Image
2012.04.27
14:28
| A A A
Atəşkəs budursa, ...?!

Mövqe.az xəbər verir ki, BMT və Ərəb Birliyi arasında 12 apreldə bağlanan və Suriyada atəşkəsi dəstəkləyən Annan planı dünən Hama şəhərinə atılan bomba səbəbindən təhlükəyə məruz qalıb. Hamanın cənub bölgəsində yerləşən Maşa əl Tayyar məhəlləsində meydana gələn partlayışda Şam rəsmilərinə görə 16, müxaliflərə görə isə 50 nəfər həlak olub. Suriya Milli Şurası isə Hama şəhərində bir həftə ərzində 100 nəfərin həlak olduğunu deyib.

Hamadakı partlayış Annan planının təsirini azaldıb. Suriya Milli Şurası BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırıb. Fransa xarici işlər naziri Alan Juppe : " Annan planı şiddətin qarşısını ala bilmirsə BMT Təhlükəsizlik Şurası Suriyaya qarşı güc tətbiq edə bilər".
Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz