Əlaqə Arxiv
news Image
2012.04.27
17:22
| A A A
"Məğlub osam, siyasətdən gedəcəm"
Fransada seçkiqabağı kampaniya çərçivəsində Sarkozi-Olland tele-debatı keçirildi

Movqe.az xəbər verir ki, Fransada aprelin 22-də keçirilmiş prezident seçkisinin birinci turunda ən çox səs toplayaraq, ikinci turda mübarizə aparmaq şansı qazanan namizədlər arasında tele-debat keçirilib. Seçkidə 28,6 faiz səs toplayan sosialist Fransua Olland və ölkənin hazırki prezidenti, seçkidə 27,2 faiz səs toplamış Nikola Sarkozi üz-üzə gəlib. Rəqiblər siyasi tok-şouda 1 saata yaxın jurnalistlərin suallarını cavablandırıblar.

Hər iki namizəd seçkinin birinci turunda üçüncü olmuş Marin Le Penin dəstəyinə ehtiyacının olduğunu bildirib. Belə ki, prezident seçilmək üçün onlardan hər iki turda birlikdə seçicilərin 50 faizindən çoxunun səsini qazanmaq tələb olunur. Fransua Olland seçkidə digər namizəd Jan-Lyuk Melanşona səs verənlərin dəstəyinə də ümid etdiyini bildirib.

Qeyd edək ki, mayın 6-da keçiriləcək seçkinin ikinci turunda qalib gələrsə, Fransua Olland 1995-ci ildən bəri Fransanın ilk sosialist prezidenti olacaq. Hazırki prezident Nikola Sarkozi isə məğlub olacağı təqdirdə, 1981-ci ildən bəri bir dəfə səlahiyyət müddətindən sonra hakimiyyətdən getmiş ilk prezident olacaq. Sarkozi məğlub olacağı təqdirdə siyasətdən gedəcəyini də bəyan edib.

Ən son rəy sorğularına görə, ikinci turda Fransua Olland Nikola Sarkozidən 10 faiz daha çox səs toplayacaq. İki namizəd arasında növbəti tele-debat mayın 2-də keçiriləcək.

Tural QABİLOĞLU


Sizin Reklam Yeriniz