Əlaqə Arxiv
news Image
2018.04.02
17:57
| A A A
Donald Tramp Floridada Yaponiyanın baş naziri ilə görüşəcək

“ABŞ prezidenti Donald Tramp aprelin 17-18-də Floridadakı Mar-a-Laqoda iqmətgahında Yaponiyanın baş naziri Sindzo Abeni qəbul edəcək”.

Movqe.az report-a istinadən  bildirir ki, görüşdə Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın nəzərdə tutulan görüşü müzakirə ediləcək.

Sindzo Abe Trampdan qaçırılan yaponların məsələsinin həmin sammitdə qaldırılmasını xahiş edəcək.

Hazırda Cənubi Koreya prezidenti Mun Çje İnlə Kim Çen Inın görüşünə hazırlıq gedir. Bu görüşün də apreldə keçirilməsi planlaşdırılıb. Bundan sonra Donald Trampla Kim Çen Inın arasında sammitin keçiriləcəyi gözlənilir. 

Sizin Reklam Yeriniz