Əlaqə Arxiv
news Image
2018.04.11
15:14
| A A A
Prezident seçkilərində gözlənilən fəallıq proqnozu özünü doğrultdu

2018-ci il aprel ayının 11-də keçirilən seçkilər barədə məqalə yox, hekayə yazası olsaydıq, sözsüz ki, yaz günəşinin dünyaya bəxş etdiyi aydınlıqla seçkilərin demokratik şəffaflıq prinsipi haqda fəlsəfi təəssürata geniş yer verərdik. Amma, biz jurnalistlər cəmiyyətin siyasi həyatının ayrı-ayrı çalarları istisna olmaqla daha çox faktların statistikasını dəyərləndirməli oluruq. Seçki günü növbədənkənar prezident seçkiləri kimi mühüm ictimai-siyasi hadisəni izləmək və aldığımız təəssüratı oxucularla bölüşmək üçün Bakını Nizami rayonundakı 25 saylı ikinci seçki dairəsində olduq.

Saat 8.30 idi. Əvvəlki seçkilərə nisbətən günün bu saatında dairədə daha çox qələbəlik vardı. Səsvermə qutuları cəmi yarım saat idi ki, açılmışdı. Biz orada olanda gözümüz önündə bir dəqiqədə bir neçə seçicinin məntəqələrə yaxınlaşmasının şahidi olduq. Azərbaycanın seçki təcrübəsi, bu sahədə əldə etdiyi nailiyyətlərin cəmiyyətdə ictimai fəallığın yüksəlməsinə müsbət təsiri aydın hiss olunurdu. Görünür, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən verilən yüksək qiymətlər əbəs deyilmiş. 

Bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Məhz bu parametrlərinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. Təbii ki, Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, sabitlik, qazanılan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığını artırmaqla bahəm həm də bu uğurlar hər bir vətəndaşın  üzərinə düşən məsuliyyəti də artırır. Bütövlükdə, cəmiyyət, seçkiyə məsul dövlət strukturları bütün seçkiləri ən yüksək meyarlara uyğun keçirmək texnologiyasına və vərdişinə yiyələnir.

25 saylı II Nizami seçki dairəsində demokratık qaydaların təmini üçün hər cür şərait vardı. Əvvələn, dairəyə daxilində ünvanlar üzrə təşkil edilmiş məntəqələrdə səliqə-səhman və aydın müşahidə üçün aşkarlığın bütün parametrlərinə cavab verən şərait yaradılmışdı. Müxtəlif siyasi təşkilatların və namizədlərin müşahidəçilərinin prosesin gedişatını izləməsi üçün müvafiq və rahat yer müəyyənləşdirilmişdi. Biz 1 saylı məntəqədə olan vaxt artıq 10 nəfər müşahidəçi öz yerini tutub prosesi izləyirdi. Məntəqə sədri Yasəmən Səfərova bizə verdiyi açıqlamada bildirdi ki, məntəqə üzrə seçici siyasında 1399 nəfər vətəndaşın adı var. Məntəqə seçki komissiyasının üzvləri MSK tərəfindən müəyyənləşdirilmiş reqlamentə uyğun olaraq vaxtında seçicilərlə maarifləndirmə işi aparılıb, əvvəlcədən paylanılmış bildirişlərdə hansı seçicinin ünvan üzrə hansı dairənin neçənci məntəqəsində səs verəcəyi aydın şəkildə yazılıb.

Həqiqətən dairədə texniki cəhətdən yüksək səviyyədə ahəngdarlıq yaradılmışdı. Dairənin yerləşdiyi 10 nömrəli məktəbin müasir dizaynda təmirli binsaına daxil olan seçici yaşadığı ünvan üzrə hansı məntəqədə səs verəcəyini çətinlik çəkmədən tapa bilirdi. Saxtakarlığa qarşı mübarizə üsulu kimi baş barmağa aparat vasitəsilə ultrabənövşəyi şüa ilə yoxlanması, sonra həmin barmağa rəngsiz maddənin vurulması etik qaydalarla həyata keçirilir və komissiya üzvləri tərəfindən peşəkarlıqla qarşılanırdı. Digər seçki prosedurları və seçki qutularının şəffaflığı da öz yerində.

Budəfəki seçkinin məsuliyyətini artıran faktlarda biri də mərkəzdən nisbətən aralı Nizamı rayonu ərazisindəki dairədə biri xarici olmaqla 3 təşkilatın “exit-poll” aparması idi. ABŞ-ın “AJE &Assosiates, Inc” təşkilatı, Azərbaycanda fəaliyyət göstərən “ELS” müstəqil araşdırmalar və “Rəy” monitorinq mərkəzləri seçkinin gedişini izləyir və gələcək hesabatları üçün sorğularını sərbəst şəkildə həyata keçirirdilər. 

Seçki gününün başlanğıcında apardığımız jurnalist müşahidələri prosesin demokratik əsasda sona qədər seçici fəallığı ilə keçəcəyini deməyə əsas verdi.

N.NOVRUZ

Sizin Reklam Yeriniz