Əlaqə Arxiv
news Image
2018.04.12
01:39
| A A A
BAMF: prezident seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirilib

Azərbaycanda prezident seçkiləri dinc şəraitdə, beynəlxalq standartlara uyğun şəkildə keçirilib. 
Movqe.az xəbər verir ki, bu fikri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) respublika üzrə müşahidə missiyasının rəhbəri Umud Mirzəyev bildirib. 
O deyib ki, müşahidələr zamanı hər hansı qeyri-qanuni təşviqat halına rast gəlinməyib, seçicilərə təzyiq olmayıb və seçkilərdə kütləvilik müşahidə olunub. Məntəqələr vaxtında açılıb, bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb. Səhər saatlarından etibarən seçki məntəqələrində səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu. Seçkidə ayrı-ayrı namizədlərin, məntəqə üzvlərinin, eləcə də səsverməni izləyən mətbuat nümayəndələrinin, “exit-poll” aparan şəxslərin şikayətinə və ya hər hansı qanun pozuntusuna rast gəlinmədiyini bildirən Umud Mirzəyev səslərin sayılmasının şəffaf aparıldığını və seçki prosesi zamanı hər hansı ciddi pozuntu müşahidə olunmadığını qeyd edib. Seçkilər zamanı ictimaiyyətə, KİV nümayəndələrinə, televiziyalara seçkinin gedişi ilə bağlı məlumatların mütəmadi və operativ təqdim olunması ilə bağlı imkanlar yaradılıb, media təmsilçilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq seçkinin işıqlandırılması ilə bağlı fəallığı müşahidə edilib.
Qeyd edək ki, BAMF 11 aprel seçkilərində respublika ərazisində 29 seçki dairəsi üzrə 249 məntəqədə müşahidə missiyasını həyata keçirib. Müşahidə missiyasının seçkilərin gedişi ilə bağlı geniş hesabatı ictimaiyyətə təqdim olunacaq.

Sizin Reklam Yeriniz