Əlaqə Arxiv
news Image
2018.04.12
03:04
| A A A
Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yekunlaşıb

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi Seçki Komissiyasına göndərilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın şərq ştatlarında daimi və müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə səfirliyin və Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan və Vaşinqtona qısa müddətli səfər edən Azərbaycan vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan 195 nəfərdən 139-u səsvermədə iştirak edib (71,3 faiz).
Səsvermə prosesi Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun keçirilib, heç bir qanun pozuntusu qeydə alınmayıb.

Sizin Reklam Yeriniz