Əlaqə Arxiv
news Image
2018.04.12
11:08
| A A A
Litva nümayəndə heyətinin rəhbəri: Prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə yadda qaldı

Azərbaycanda keçirilmiş prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə yadda qaldı? Movqe.az-ın məlumatına görə, bunu prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Litva parlamentinin insan haqları üzrə komitəsinin sədri Valerius Simulik deyib.

O bildirib ki, nümayəndə heyəti 30 məntəqəyə baş çəkib, vətəndaşlarla, komissiya üzvləri ilə söhbət edib: “Azərbaycanda seçkilərə çox ciddi yanaşıblar və peşəkarlıqla hazırlaşıblar. Vətəndaşlar bizimlə səmimi söhbət edir, öz fikirlərini bölüşürdü. Seçkilərdəki fəallıqdan məmnunuq. Bu, vətəndaş cəmiyyətinin ölkənin siyasi həyatında fəal iştirak etdiyinin göstəricisidir”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Sizin Reklam Yeriniz