Əlaqə Arxiv
news Image
2018.04.13
09:30
| A A A
Xalqdan liderinə böyük etimad
Musa Qasımlı: “Xalqımızın yenidən İlham Əliyevə etimad göstərməsi bir çox səbəblərdən irəli gəlir” Elman Məmmədov: “Azərbaycanı tərəqqiyə, inkişafa, təhlükəsizliyə, stabilliyə aparan bir Prezident olması İlham Əliyevin xalq arasında böyük nüfuz sahibi olmasına gətirib çıxardıb”

Prezident İlham Əliyevə xalq yenə yüksək etimad göstərdi.  Aprelin 11-də keçirilən prezident seçkilərində hakim partiyanın namizədi səslərin 86 faizindən çoxunu toplayıb. Seçkilər də beynəlxalq standartlara cavab verən şəkildə yüksək səviyyədə baş tutub. Seçicilər ötən illərin təcrübəsinə əsaslanaraq, böyük əksəriyyətlə yenə də səsini hazırkı Prezident İlham Əliyevə verdi.  

Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirdi ki, başa çatan prezident seçkiləri ilə Azərbaycan seçicisi böyük ruh yüksəkliyilə cənab İlham Əliyevə yenidən etimad göstərdi: “Xalqımızın yenidən İlham Əliyevə etimad göstərməsi bir çox səbəblərdən irəli gəlir. Başlıca səbəblərdən biri ölkəmizin həm daxildə, həm də beynəlxalq aləmdə yürütdüyü uğurlu siyasətilə bağlıdır. İlk növbədə cənab Prezidentin ötən illər ərzində yürütdüyü siyasətin ana xətti daim Azərbaycan vətəndaşının marağı və mənafeyi üzərində qurulub. Seçicilər ötən illər ərzində bunu ayın şəkildə görərək, növbəti dəfə cənab Prezidentə etimad göstərdilər.  
İnsanların gözü qarşısında Azərbayan tikilən, qurulan, müasirləşən bir ölkəyə çevrilib. Bu da təbiidir ki, cənab Prezidentin müəyyənləşdirdiyi və reallaşdırdığı uğurlu siyasi xəttlə bağlıdır. İlk dəfə olaraq 2016-cı ilin aprelində işğalçı Ermənistana ağır zərbə vuruldu. Bu da Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı. 
Seçicilərin yenidən İlham Əliyevə dəstək olmasına təsir göstərən faktorlar arasında beynəlxalq amillər də çoxdur. Prezident ölkəmizi beynəlxalq aləmdə çox gözəl təmsil edir. Ona görə də seçicilərimiz onunla fəxr edir. Azərbaycan mühüm beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrilib. Nəticədə ölkəmizin beynəlxalq nüfuzu, dünya miqyasında çəkisi artıb. Azərbaycan həmçinin Prezidentin əməli fəaliyyəti nəticəsində bölgənin aparıcı nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Bu illər ərzində ölkəmizin beynəlxalq mövqeləri də möhkəmlənib. Seçicinin qərarına təsir edən çoxsaylı digər amilləri də göstərmək olar. Amma hesab edirəm ki, başlıca amil ölkə vətndaşının marağının təmin edilməsinə yönəldilən siyasət və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi oldu”.
Milli Məclisin deputatı Elman Məmmədov düşünür ki, xalqın yenidən İlham Əliyevi seçməsini onun yürütdüyü uğurlu siyasətdə axtarmaq lazımdır: “İlham Əliyevin dövlət başçısı olaraq fəaliyyətinə başladığı ilk gündən verdiyi vədə əməl edən, sözünün üstündə duran, Azərbaycanı tərəqqiyə, inkişafa, təhlükəsizliyə, stabilliyə aparan bir prezident olması onun xalq arasında böyük nüfuz sahibi olmasına gətirib çıxartdı. Yəni, prezidentimiz xalqın bütün etimad və ümidlərini doğruldub. Nəticədə xalq növbəti dəfə onu Prezident seçdi. 
Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, uğurlu xarici və daxili siyasəti nəticəsində hazırda Azərbaycan dünyanın inkişaf etmiş böyük dövlətləri arasında öz xüsusi hörməti, nüfuzu,  çəkisi ilə fərqlənir.  Azərbaycan günü-gündən inkişaf edir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi göstəricilər sevindirici və ümidvericidir. Bu nailiyyətlər də gələcəyə yönəlib. Məhz bütün bunlara görə xalq yenidən böyük ruh yüksəkliyilə İlham Əliyevi dəstəklədi. Xalqın gözü tərəzidir. Azərbaycan xalqı müdrik xalqdır. Ona görə də bu gününə və gələcəyinə səs verdi. Seçki ümumxalq səsverməsi nəticəsində böyük uğurla başa çatdı. Bundan sonra da Azərbaycan cənab Prezidentimizin rəhbərliyilə daha yüksəkliklərə, daha böyük uğurlara imza atacaq. Xüsusilə bütün xalqımızın gözlədiyi bir müqəddəs amalımız var. O da Qarabağı işğaldan azad etmək, razi bütövlüyümüzü təmin etməkdən ibarətdir. İnşallah, cənab Ali Baş Komandamızın rəhbərliyilə ona da nail olacağıq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz