Əlaqə Arxiv
news Image
2018.04.17
07:00
| A A A
Puç olan məkrli niyyətlər
Mais Səfərli: “Qərəzlidirlər, Azərbaycana qarşı təzyiq yolunu tutublar”. Şahin Camalov: “ATƏT DTİHB-in qərəzli olması onun fəaliyyətindən açıqca görünür”

Dünyanın əksər dövlətlərinin liderləri İlham Əliyevi yenidən prezient seçilməsi münasibətilə təbrik etdilər. Təbriklər hələ də davam etməkdədir. Siyasilərin fikrincə, bu fonda seçkiyə qərəzli yanaşanların, xüsusən də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) məkrli niyyətləri puç oldu. Yurddaş Partiyasının Mais Səfərli bildirdi ki, ATƏT Azərbaycanda keçirilən prezident seçkilərinə olduqca qeyri-qanuni münasibət sərgilədi: “Halbuki, dünyanın əksər dövlətlərinin rəhbərlərinin təbrik məktubları Azərbaycanda prezident seçkilərinin demokratik keçirildiyini göstərdi. Dünyanın əksər ölkəsindən müşahidəçilər gəlmişdilər. Onların hamısının mövqeyi ondan ibarət oldu ki, Azərbaycanda seçkilər demokratik şəkildə keçirilib. ATƏT DTİHB isə mənfi qərar verib. Bunun özü göstəir ki, qərəzlidirlər, Azərbaycana qarşı təzyiq yolunu tutublar. 

ATƏT artıq bir sıra güclərin əlində alətə çevrilib. ATƏT-in missiyası Azvropada sülhü, əmin-amanlığı təmin etməkdir. Lakin ATƏT öz çərçivəsindən kənara çıxır, bu və ya digər dövlətlərə təzyiq etməklə məşğuldur. Ona görə də bu təşkilatın yenilənməsinə ehtiyac var. ATƏT münaqişələri həll edə biləcək gücdə deyil. O baxımdan da hansısa ölkələrə təzyiqlə məşğuldur. Buna görə də ATƏT-in nizamnaməsinin, strukturunun yenilənməsinə ehtiyac var. Belə gedərsə, bu quruma heç ehtiyac qalmaycaq. Onlar prezident seçkilərini izləməyiblər. Sadəcə, müxalifətin donosları əsasında seçkiyə qiymət veriblər. Başlıcası odur ki, Azərbaycan xalqı İlham Əliyevi növbəti dəfə dövlət başçısı seçdi. Çünki İlham Əliyev seçicilərin inamını doğruldan Prezident olub. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr siyahısına daxil edib. Bu da tarixi xidmətdir. Ona görə hətta supergüclər də İlham Əliyevi təbrik etdilər. Bundan başqa, namizədlərin hamısı İlham Əliyevi təbrik ediblər. Bu qələbənin möhtəşəmliyini etiraf etməmək mümkün deyil”. 
“İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov bildirdi ki, ATƏT DTİHB-in Azərbaycanda keçirilən seçki prosesinə münasibəti qərəzli oldu: “Bunu faktlarla sübut də bilərik. ATƏT DTİHB-in  qərəzli olması onun fəaliyyətindən açıqca görünür. Amma ATƏT kimi təşkilatlar nə qədər qərəzli olsalar da, dünya dövlətlərinin liderlərinin Prezident İlham Əliyevi təbrik etməsi ATƏT DTİHB-nin fəaliyyətini puç etdi. 
ATƏT kimi təşkilatlar nə qədər qərəzli mövqe tutsalar da, dünya dövlətlərinin liderləri prosesləri aydın gördü. O baxımdan da ATƏT kimi təşkilatların hesabatları fəaliyyətimizə heç bir təsir edə bilməz”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz