Əlaqə Arxiv
news Image
2018.04.18
09:00
| A A A
Azərbaycanı gözləyən möhtəşəm 7 il
Hökumətin həyata keçirəcəyi layihələr əhalinin rifah halını daha da yaxşılaşdıracaq

Azərbaycanı qarşıdakı yeddi il ərzində daha böyük uğurlar və inkişaf  gözləyir. Bu haqda ilk mesajlar həm YAP-ın son qurultayında, həm də seçkidən sonra dövlət başçısının bəyanatlarında səslənib. Azərbaycanda iqtisadi islahatlarla yanaşı siyasi islahatların da aparılması qarşıdakı illərdə diqqət mərkəzində olacaq.

Əsas məsələlərdən biri ordumuzun gücləndirilməsi, torpaqların işğaldan azad edilməsi ilə bağlıdır. Mübarizə davam edir və bundan sonra da qətiyyətlə davam etdiriləcək. Azərbaycan Ordusu regionun ən güclüsü və dünya standarlarına cavab verməsi ilə qazandığı statusu qoruyub saxlamaqla kifayətləbməyib yeni, müasir silahlarla təchizini gücləndirəcək. 
Lakin güclü ordunun da, güclü siyasətin də əsasında güclü iqtisadiyyat durur. Azərbaycanın iqtisadi yüksəlişi dönməz xarakter daşıyır və buna görə də iqtisadi islahatlar geniş vüsət alacaq. Dünyanın geosiyasi arenasında maraqlar daha çox toqquşmağa başlayıb. Bu, həm Suriya, həm ABŞ və Rusiya ilə əlaqələrlə bağlıdır. Təbii, Azərbaycan bu bütün bu qovğalardan, nifaqlardan   kənarda qalmaq və dövlətin təhlükəsizliyini qorumağa nail olmaq siyasəti yürüdəcək.
Prezident İlham Əliyein çıxışlarında sosial inkişafın zəmanəti olan sabitlik və təhlükəsizliyin qorunması ciddi surətdə vurğulanır. Çünki, növbəti illərdə ölkə həyatının əhəmiyyətli məsələlərindən ən ümdəsi Azərbaycan vətədaşının rifahının yaxşılaşdırılması ilə bağlıdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsində yeni iş yerlərinin yaradılması, əmək haqqının yüksəldilməsi, sağlamlığın qorunması, təhsilin yaxşılaşdırılması vacib məsələlərdir. Məcburi köçkünlərin mənzillə təmin edilməsində, aşağıgəlirli ailələr üçün ucuz və keyfiyyətli sosial mənzillərin tikintisi geniş layihələr həyata keçiriləcək. Hövsanda və Yasamalda tikilən nəhəng yaşayış kompleksləri istifadəyə veriləcək. 
İqtisadi cəhətdən Azərbaycanın hədəfləri kifayət qədər böyükdür. Bura bəzi layihələrin başa çatması, yenilərinin başladılması aiddir. Bu həm qeyri neft, həm də neft sektoru ilə bağlıdır. Ölkəmizin nəqliyyat sektoru daha da təkmilləşdiriləcək. Ələt azad iqtisadi zonasının birinci mərhələsi tikilib istifadəyə veriləcək. Energetika sahəsində başlanmış uğurlu strategiyanın davamı olaraq “2016-2025-ci illər üzrə Master Plan” icra olunmağa başlayıb ki, bu da ölkədə elektrik təchizatının səviyyəsinin yüksəldilməsini təmin edəcək.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması yolu ilə son illər yaxşı nəticələr əldə edilib. Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir. Əhalinin məşğulluğunun yüksəldilməsi və eyni zamanda iqtisadiyyatda kiçik biznesin rolunun genişləndirilməsi üçün bu istiqamətdə işlər davam etdiriləcək. Çünki, sürətlə inkişaf edən ölkənin göstəriciləri daim yaxşılaşdırılmalıdır. Qarşıdakı illərdə Azərbaycan öz nailiyyətləri ilə dünyanı yaxşı mənada heyrətləndirməkdə davam edəcək. Xüsusilə, investisiya təşviqi sayəsində sahibkarların geniş təbəqəsini iqtisadi yatırtımlara cəlb etməklə beynəlxalq aləm Azərbaycanın yeni iş təcrübəsini məniməyə meyil göstərəcək. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi təqdim olunub və ümumilikdə 257 investisiya təşviqi sənədi ilə  229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. 
Bir neçə ildir ki, yaradılması davam edən yeni sənaye zonalarının, sənaye parklarının, “SOCAR Polymer” və azot gübrələri zavodlarının işə salınması təkcə bu ilin böyük sənaye hadisəsi olacaq.  
Azərbaycan tezliklə avtomobil idxal edən ölkədən istehsalçı və ixracatçı ölkəyə çevriləcək.
Ümumiyyətlə, görüləcək işlərin spektri o qədər geniş və rəngarəng, həm də yaradıcıdır ki, saymaqla qurtarmaq olmur. Buna görə də ölkə daim irəli gedir. Ancaq burada bir məsələ diqqəti cəlb edir. Bu inkişafı, irəliləyişi qibtə və qısqanclıqla qarşılayan anti-Azərbaycan qüvvələr nə qədər çalışsalar da işimizə mane ola bilmirlər. Təbii ki, bundan sonra da belə olacaq. Təmiz su ləkə götürmədiyi kimi Azərbaycan reallığı da böhtanı qəbul etmir. Çünki, fəaliyyətində təmiz niyyətlər, dostluq və əməkdaşlıq əsas arqumentdir.
N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz