Əlaqə Arxiv
news Image
2018.04.18
10:32
| A A A
Nazirlər Kabineti istefaya getdi - SİYAHI

Bu gün –aprelin 18-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Movqe.az-ın məlumatına görə, Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.


Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir. 

Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş  sayılır.  Prezident İlham Əliyevin tezliklə yeni hökuməti təqdim edəcəyi gözlənilir.

 

Nazirlər Kabinetinə daxil olan rəsmilərin siyahısı:

 

Baş nazir Artur Rasizadə

 

Baş nazirin birinci müavini Yaqub Eyyubov

 

Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

 

xarici işlər naziri Elmar Məmmədyarov

 

müdafiə naziri Zakir Həsənov

 

ədliyyə naziri Fikrət Məmmədov

 

daxili işlər naziri Ramil Usubov

 

fövqəladə hallar naziri Kəmaləddin Heydərov

 

müdafiə sənayesi naziri Yavər Camalov

 

maliyyə naziri Samir Şərifov

 

vergilər naziri Mikayıl Cabbarov

 

iqtisadiyyat naziri Şahin Mustafayev

 

kənd təsərrüfatı naziri Heydər Əsədov

 

energetika naziri Pərviz Şahbazov

 

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

 

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

 

səhiyyə naziri Oqtay Şirəliyev

 

mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

 

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

 

gənclər və idman naziri Azad Rəhimov

 

təhsil naziri  - boşdur

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

 

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  - boşdur

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

 

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

 

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli.

 

modern.az

Sizin Reklam Yeriniz