Əlaqə Arxiv
news Image
2018.04.18
14:08
| A A A
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB)

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib.Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli xanımlar və cənablar! İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa, Vətənə ləyaqətlə xidmət edəcəyəm.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermiş, görülən işlərə səs vermişdir, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir".

İlham Əliyev bildirib ki, seçkilər ədalətli və şəffaf şəkildə keçirilib: "Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.

Mən 2013-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə öz sözlərimə əməl etdim".

Prezident bildirib ki, son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilib: "Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur. Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq. Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır".

Sizin Reklam Yeriniz