Əlaqə Arxiv
news Image
2018.04.20
09:35
| A A A
Radikalların son məskənini xalq onlara göstərdi
Milli heysiyyətini və fərdi özəlliyini itirən şəxslər həyatda dayaq nöqtələrini də itirmiş olurlar

“Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”. Bu sözlərlə andiçmə mərasimindəki çıxışında radikal müxalifətçilərin milli-siyasi mahiyyətini açan Prezident İlham Əliyev daha sonra deyib: “Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz”.

Avropaya üz tutub orada yaşayan və Azərbaycana, yəni vətəninə hədyanlar yağdıran azərbaycanlılar nədən çıxdıqları qını bəyənmirlər? Axı, Avropanın iqtisadi vı mədəni zənginliyi onlara heç nə vermir. Bu adamlar özlərinə, yaşadıqları həyat tərzinə kənardan baxıb təhlil etməyi bacarsalar, aydın görərlər ki, onlar Avropaya yad insanlardır. Elə xaricdə oturub Azərbaycana böhtan atmağın özü bir fakt olaraq sübut edir ki, özlərini radikal adlandırıb öz ölkələri haqda mənfi obraz yaratmağın özü avropalıya xas sifət deyil. Düzdür, avropalılar arasında da cüzi sayda Azərbaycanı istəməyən insanlar var. Ancaq mütləq olaraq cəmiyyətin siyasi qanadını təmsil edənlərdir və siyasi ambisiyalarına görə anti-Azərbaycan çıxışlarını siyasi təzyiq vasitəsi məqsədilə edirlər. Vəzifələrini itirəndən sonra bunların əksəriyyəti turist qismində ölkəmizin dostlarına çevrilirlər.

Azərbaycanlıların Azərbaycana qarşı çıxması milli-mədəni etik kateqoriyaya aiddir və sübut edir ki, bu adamlar artıq milliliklərini itiriblər. Termin şəklində ifadə edilsə, buna marginallaşmaq deyirlər. Bizim loru dildə isə “nə ondandır, nə də bundan” ifadəsi daha çox yerinə düşür. Yəni,  Avropada yaşayıb avropalaşa bilmədikləri bir yana, azərbaycanlılıqlarını da itiriblər. Bir az da dərinə getsək, belələri artıq “vətəndaş” deyillər. Vətəndaş deyillərsə, onda seçib-seçilmək hüquqları da yoxdur. Demək, ictimai varlıq kimi əhəmiyyətsiz vücudlardır. Bu mənada haqlı olaraq soruşmaq olar ki, “siz niyə yaşayırsınız, əgər cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmısınızsa?” 

Yaxşı olar ki, bu cür davranış sahibləri prezident seçkilərinin nəticələrini, həmçinin bu nəticələrə xaricdən, xüsusilə də onların birləşdikləri qrupları maliyyələşdirən adamların, təşkilatların yaxud dövlətlərin münasibətlərini öyrənsinlər, təhlil etsinlər və özləri üçün nəticə çıxarsınlar. Onda görəcəklər ki, Prezident İlham Əliyevin ünvanına kimlərdən, hansı ölkələrdən və təşkilatlardan təbriklər gəlir. Həm də ona şahid olacaqlar ki, Azərbaycana İlham Əliyevin rəhbərliyi xalqa nə qədər lazımdırsa, xarici dövlətlərə də bir o qədər lazımdır. Çünki, Azərbaycan Prezidentinin idarəetmə qabiliyyəti, humanizmi, şəxsi keyfiyyətləri ölkəmizin sərhədlərindən kənarda da imkan verir ki, özünün və təmsil etdiyi dövlətin sanballı imicini, xoş aurasını yarada bilsin.

Daha bir məqam ondan ibarətdir ki, Azərbaycan diasporunun vətənpərvər nümayəndələri ilə əlaqələrin qurulması və onlardan öyrənilməsi xaricdəki qalmaqalçılara gözəl dərs olar. Çünki, müdriklərin dediyi “ustadına kəm baxanın gözlərinə qan damar” kəlamının həqiqəti ilə “vətəninə, xalqına xor baxanın taleyi heçliyə yuvarlanar”. Heçliyi yuvarlanmış insan həyatı da mənalılığını itirər. Demokratiyanın köklərini bu yerdə axtarmaq lazımdır, daha xaricdə oturum-filan almaqda yox.

N.NOVRUZ

 

 

 

 

Sizin Reklam Yeriniz