Əlaqə Arxiv
news Image
2018.04.26
08:00
| A A A
Irəvanda çaxnaşmalar yenidən alovlanıb
Ölkədə vəziyyət acınacaqlı olsa da, vəzifə davası səngimir

Aprelin 25-də bütün məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş mqxalifət-iqtidar görüşü baş tutmayıb. Erməni xisləti özünü göstərib. Dövlətçilik təcrübələri olmadığından, daim kənar qüvvələrin göstərişi ilə oturub-duran ermənilər elə bilirlər ki, hər şey sözlə həll olunur. Halbuki kasıb ölkədə ehtiyatlar zəif olduğundan onu uzun müddət mitinqlərlə idarə etmək mümkün deyil. Buna görə də bilavasitə işə keçmək əvəzinə tərəflər qarşılıqlı ultimatumlar yolunu seçiblər. Baş nazir iddiasında olan müxalifət lideri Nikol Paşinyanın bu arzusu baş nazir vəzifəsini və bütövlükdə hakimiyyəti narazı salıb və hər iki tərəfdən verilən vədlər unudulub. Yüngülməcaz Paşinyan dərhal meydana atılıb və əhalini yenə küçələrə çağırıb. 

Paşinyan mitinqdəki çıxışında yeni manevr edib və baş nazir postuna öz namizədliyinin irəli sürülməsinə nail olub. Demək söhbət yenə hərlənib-fırlanıb vəzifə davasını ortaya çıxarıb. Bu istiqamətdə hadisələrin sürəti proqnozların qısa zamanda alt-üst olmasına səbəb olur. Məsələ burasındadır ki, Paşinyan küçələrə xeyli sayda adam çıxarsa da hakim partiyanın cəmiyyətdə dayaqları hələ ki, güclüdür. Mitinqçilər isə indi-indi özlərinə dövləti idarə edə biləcək şəxsləri cəlb edir. Məsələn, artıq iki nazir istefa verərək Paşinyanın tərəfinə keçiblər. Ana müxalifət sayılan Sarukyanın milyonçular dəstəsi də fürsəti əldən buraxmaq fikrində deyil. Onalar bu arada boşalacaq vəzifə kürsülərini indidən özləri üçün gpözaltı etdiklərindən mitinqçilərlə çiyin-çiyinə dayanmağa başlayıblar. Təbii ki, adı olub, özü olmayan “kağız partiyaları”ndan bir neçəsi də şəraitdən istifadə etməyi düşünür.  
Bunlar hamısı öz yerində, siyasi mübarizədə nəyə deyirsən, gedirlər. Amma məsələ burasındadır ki, erməni xalqı küçələrə paşinyanların və qeyri “yan”ların vəzifə alması üçün yox, iş, çörək, firavanlıq üçün çıxıb. Erməni valideynlər övladların təcavüzkar siyasətin qurbanı olmalarından beziblər. Onlar Qarabağda sülh, dinc həyat, yaşamaq üçün iş istəyirlər. İndi sual olunur, müxaliflər xalqın istədiklərini onlara verə bilmək bacarığına malikdirlərmi? Təbii, köhnə hökumət inqilabi dəyişikliklər etmək gücündə deyil. Xalqın gücü ilə edilən inqilab adətən qan tökülməsi ilə nəticələnir. Acı olsa da, bu, tarixi həqiqətdir. Əgər müxalifət də Sarkisyan kimi qan üzərində hakimiyyətə gələcəksə, onda bu mitinqlərin nə əhəmiyyəti var. Belə çıxır ki, Ermənistanda xalq etirazları yox, siyasi oyun gedir və qruplar öz xarici hamilərinə arxalanaraq hakimiyyət davasına çıxıblar.
Belə olan təqdirdə aydın məsələdir ki, xalqın tələbləri yerinə yetirilməyəcək. Yəni, Ermənistanda yoxsulluq, korrupsiya, işsizlik əvvəlki qaydasında davam edəcək. Siyasi istiqamətdə isə hakimiyyət təcavüzkar siyasətini davam etdirərək Qarabağ münaqişəsi üzərində pafos vətənpərvərliyindən əl çəkməyəcək. Vəziyyəti mürəkkəbləşdirən əsas cəhətlərdən biri də bu ölkənin nicatının qonşuları ilə, ələlxüsus da Azərbaycanla münasibətlərini yoluna qoymaqdan keçməsinə bağlıdır. Belə ki, istər köhnələr, istərsə də təzələr hakimiyyəti ələ alsın və ya baş nazir Karapetyan yaxud Paşimyan olsun, fərqi yoxdur, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarından çəkilməyib, nə qədər ki, arada sülh olmayacaq, ermənilərin vəziyyətinin düzəlməsini gözləməyinə dəyməz. Çünki, Azərbaycan bu ölkəni tam iqtisadi blokadaya alıb və blokadanın aradan qaldırılması yalnız Azərbaycandan asılıdır. Əslində, ermənilər Qarabağı işğal etməklə özlərinin gələcəyini məhv ediblər. İndi başqalarının qurub onlara verdiyi dövlətləri dağılmaq üzrədir. Yəni, Ermənistan dövlətinin  bugünkü mövcudluğu və gələcək taleyi tükdən asılıdır. Əgər indiki həlledici məqamda ermənilər öz aralarında dil tapıb vəziyyəti düzəltmək üçün sülhpərvər platforma seçməsələr, onda Azərbaycan yeni siyasi və iqtisadi zərbələrlə onların diskriminasiyasını daha da dərinləşdirəcək.
N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz