Əlaqə Arxiv
news Image
2018.04.28
08:00
| A A A
Böyük Britaniya Azərbaycanla əlaqələrə böyük önəm verir
İki ölkəni bir-birinə bağlayan SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır

Böyük Britaniyanın paytaxtı London şəhəri həm də dünyanın maliyyə mərkəzi sayılır. Bu, o deməkdir ki, əksər məqamlarda dünya iqtisadiyyatının taleyi bu şəhərdə həll olunur. Heç təsadüfi deyil ki, Azərbaycanın ən böyük neft kontraktları Böyük Britaniyanın və demək olar ki, dünyanın ən böyük neft şirkəti olan “Britiş Petroleum”la bağlanıb. 1994-cü ildən başlanan bu əməkdaşlıq uzun illərdir ki, uğurla davam etdirilir. 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey tərəfindən göndərilən dəvətlə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə səfərdə olub.  Ölkə rəhbərləri iqtisadi və ticarət, enerji, sərmayə qoyuluşu və təhlükəsizlik məsələləri üzrə geniş spektrdə əlaqələri müzakirə ediblər. 
Ümumiyyətlə, ingilislərin Cənubi Qafqaza gəlişi və fəal siyasət aparmalarının tarixi çoxdan başlayıb. Amma XIX əsrin neft erası başlayandan iqtisadi münasibətlər siyasəti müəyyənləşdirən əsas amilə çevrilib. Xüsusilə də neft hasilatı sahəsində birgə əməkdaşlıq vi bu sahəyə investisiya yatırımları həm londonlu sahibkarlara, həm də yerli iş adamlarına yaxşı gəlir gətirib. İndi isə məsələ daha da böyüyüb və iki dövlət arasında münasibətlər yeni, daha mütərəqqi və geniş, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. 
Budəfəki görüşün iqtisadi-siyasi əhəmiyyəti onunla əlamətdardır ki, iki ölkə arasında yeni nəhəng neft sazişi imzalanıb. Bu, Xəzər dənizinin Azərbaycan sektorunda 3500 kvadrat kilometr ərazini əhatə edən D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında əldə edilmiş razılığın sənədlərlə rəsmiləşdirilməsidir. Tərəflər layihədə 50 faizlik pay bölgüsü ilə işləyəcək. SOCAR layihənin operatoru rolunda çıxış edir.
Yeni layihə sübut edir ki, Böyük Britaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Bu da tamamilə məntiqidir. Ona görə ki, Azərbaycanın regionun lideri və iqtisadi cəhətdən ən çox inkişaf etmiş dövlətidir. Təbii ki, imkanlı dövlətin birgə əməkdaşlığı daha çox xeyir gətirir. Hər bir ölkənin xarici iqtisadi əlaqələri də maddi mənafe üzərində qurulur. Gəlir yoxdursa əlaqənin nə faydası? Üstəlik, siyasi münbasibətlər də iqtisadi gəlirlərin üzərində inkişaf edir. 
Ötən il Böyük Britaniya Avropa İttifaqını tərk edəndən sonra bu ölkə ənənəvi ikitərəfli münasibətlərin qurulması istiqamətində səylərini gücləndirib. Qardaş Türkiyə ilə əlaqələr də İngiltərə hökumətinin xarici siyasətdə prioritet məsələsidir. Çünki, Türkiyə iqtisadiyyatı inkişaf sürətilə Avropa ölkələrinin hamısını qabaqlayır. Bu da o deməkdir ki, Türkiyə varlanır və tezlklə iqtisadi cəhət dünyanın ən çox inkişaf etmiş ölkələri sırasına qatılacaq. Bu səbəbdən Böyük Britaniya və Türkiyə yaxşı əlaqələr potensialına malikdirlər və onlar bu imkandan yetərincə faydalanmağa çalışırlar. Bundan başqa BP-nin bu vaxtadək Xəsərdə hasil etdiyi neft Bakı-Ceyhan xətti ilə Türkiyə ərazisindən beynəlxalq bazara çıxarılır. Yəni, Bakı neftinin ixracında bu kəmər başlıca daşıyıcı funksiyanı yerinə yetirir. Şübhəsiz ki, yeni müqavilə üzrə hasil olunacaq neft eyni boru kəməri ilə daşınacaq. Bu mənada London-Bakı-Ankara iqtisadi formatının getdikcə daha da güclənəcəyi gözlənilir. Çünki, “Brexit”dən sonra bu cür əlaqələrin inkişafı zəruridir. 
Tezliklə  istifadəyə veriləcək TransAnadolu Qaz Kəməri də yenə bu üç ölkənin əməyinin məhsulu olacaq. Belə ki, kəmərlə nəql olunacaq qaz BP-nin “Şahdəniz-2” layihəsi zamanı hasil edilən məhsuldur. Məsələ burasındadır ki, qazı hasil edən və kəməri çəkib istismar edən dövlətlərin əməyinin bəhrəsini Avropanın cənub və şərq regionlarında yerləşmiş dövlətlər görəcəklər. Prinsip etibarı ilə Böyük Britaniya-Azərbaycan əlaqələri bütövlükdə Avropa İttifaqı dövltləri ilə ölkəmizin münasibətlərinin dərinləşməsinə xidmət edir. Buna görə də Prezident İlham Əliyevin Londona növbəti səfəri strateji əhəmiyyəti və iqtisadi faydalılığı baxımından səmərəli və perspektivlidir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz