Əlaqə Arxiv
news Image
2018.05.01
09:30
| A A A
Beynəlxalq müstəvidə Azərbaycan daha fəal oyunçuya çevrilir
Mükəmməl xarici siyasətin uğurları ölkənin nüfuzunu artırır

Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə kimi tanınır. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. Azərbaycanın yürütdüyü xarici siyasət onun beynəlxalq arenada mövqelərini ildən-ilə möhkəmləndirir. Çünki, bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmaq bu siyasətin prioritet istiqamətidir. Azərbaycan Prezidentinin balanslı və düşünülmüş siyasi addımları respublikamızın dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınmasında əhəmiyyətli rol oynayır. Artıq bu siyasət dayanıqlı və etibarlı istiqaməti ilə seçilir və qəbul edilir. Dünya birliyi bu reallığı aydın görür və etiraf edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət  açıq və müstəqildir. Dövlət başçısının siyasi kursu xalq tərəfindən də dəstəklənir.  

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Müstəqillik qazananılan dövrdə Azərbaycana qarşı edilən haqsızlıqlar üzündən iş belə gətirib ki, ölkə rəhbərliyi eyni vaxtda həm xarici dövlətlərlərlə əlaqələrin qurulmasına, həm də ərazi bötüvlüyünün bərpası yolunda düşmən Ermənistanın təcavüzkarlığının dəf olunmasına yönəlmiş siyasi kurs formalaşdırmalı olub. Bu, çətin yoldur. Amma səbirli, dözümlü və siyasi uzaqgörənliyi ehtiva edən addımlar bu istiqamətdə uğurlu fəaliyyəti təmin edib.  Respublikamızın rəhbəri bütün xarici səfərlərində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunduğunu, bu qəddar ordunun mütəmadi olaraq, atəşkəsi pozması, cəbhəboyu ərazilərdə təxribatlar törədərək dinc əhalini, xüsusilə azyaşlı uşaqları vəhşicəsinə qətlə yetirmələrini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. 
Yeri gəlmişkən, 2017- ci ildə Azərbaycan Prezidentinin xarici ölkələrə 15-dən çox səfəri olub.  Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuş, respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılıb.  Ölkə başçısının rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdəki çıxışları Azərbaycanın dövlət siyasətini aydın əks etdirir. Bu səfərlər ikitərəfli əməkdaşlığın üfüqlərini bəlirlətməklə yanaşı Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Təkcə 2017-ci ildə Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı gəlib. Həm beynəlxalq tədbirlər, həm də rəsmi səfərlər zamanı respublikamıza gəlmiş nümayəndə heyətləri inkişafımızın, əhalinin qonaqpərvərliyinin canlı şahidi olublar. Bu tədbirlər və görüşlər beynəlxalq əlaqələrin çoxşaxəli, həyata keçirilən xarici siyasətin, əsasən, milli maraqları təmin etməsindən xəbər verir.
Prezident İlham Əliyev ən yüksək tribunalardan Heydər Əliyevin dövlət quruculuğu xəttini, müstəqil dövlətçilik strategiyasını daim inkişaf etdirəcəyini xüsusi vurğulayır. Azərbaycan rəhbərliyinin əsas vəzifə kimi həmin xətti qorumaqla bahəm dəyişən dünyanın tələblərinə uyğun reallaşdırır və təkmilləşdirir.  Xarici siyasət sahəsində əldə edilən uğurlar hər birimiz üçün qürur mənbəyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın bir neçə il qabaq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xarici siyasətdə əldə edilən ən sanballı  uğurlardandır.
Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzvlüyü fəal keçir, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib.
Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan antiterror koalisiyasının fəal iştirakçısıdır. Prezident İlham Əliyevin tam bir vəhdət təşkil edən daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya miqyasında böyük layihələrin müəllifinə və ev sahibinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm qovşağa çevrilmək, Avropa İttifaqının enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınmaq, inkişaf etmiş ölkələrlə yüksək səviyyədə səmərəli əməkdaşlıq qurmaq aparılan siyasətin əsas konturlarıdır. Bu konturlar Azərbaycanın fəallığını və siyasi sanballını göstərir. Təsadüfi deyil ki, dünya birliyinin biq parçası olan Cənubi Qafqazın əsas dayağı, söz sahibi və lideri məhz Azərbaycandır. Bütün bunlar Prezident İlham Əliyevin dolğun və məsuliyyətli, zamanla ayaqlaşan və ölkənin mənafeyinə cavab verən siyasətinin parlaq təzahürüdür.
N.NOVRUZ
 

 

Sizin Reklam Yeriniz