Əlaqə Arxiv
news Image
2018.05.03
08:00
| A A A
Diaspor quruculuğunda vacib mərhələ başlanır
Aydın Mirzəzadə: “Azərbaycan dövləti üçün xaricdə yaşayan diasporla iş həmişə vacib olub” İsmayıl Ağayev: “Bu günə qədər olan fəaliyyəti göstərir ki, yeni rəhbər üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən gələcə biləcək”

Məlumdur ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsinə də yeni rəhbər təyin olundu. Nazim İbrahimovu gənc millət vəkili Fuad Muradov əvəzlədi. Fikirlər səslənir ki, yeni təyinat fonunda Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Bu, dünya miqyasında Azərbaycan reallıqlarının daha yaxşı çatdıırlması baxımından da önəmli sayılır. 

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan dövləti üçün xaricdə yaşayan diasporla iş həmişə vacib olub: “Burada söhbət Azərbaycana bağlı olan insanlarla işdən gedir. Bu baxımdan dövlət bu istiqamətdə işlərə böyük diqqət yetirir. Artıq Komitəyə rəhbər gənc, enerjili Fuad Muradov təyin edilib. 
Fuad Muradov bu istiqamətdə müəyyən təcrübəsi olan şəxsdir. O, millət vəkilliyinə qədər gənclər hərəkatında fəaliyyət göstərərkən, tez-tez xarici səfərdə olurdu. Azərbaycan diaspor rəhbərləri ilə görüşlər keçirirdi. Xaricdəki azərbaycanlıların vəziyyəti ilə bağlı məlumatlı idi. Onun bu sahədəki təcrübəsi, biliyi, beynəlxalq aləmi yaxşı tanıması bu istiqamətdə işlərini yüksək səviyyədə qurmağa imkan verəcək. Fuad Murodav eyni zamanda gənc nəslin nümayəndəsidir. Onun və digər digər gənc nazirlərin təyinatı Azərbaycanda gənclərin potensialına həmişə böyük ehtiyac duyulduğu, onlar üçün  idarəetmə işlərində şəraitin yaradıldığına göstərilən bir addımdır. Fuad Muradov özünün bilik və bacarığı,  parlamentdə topladığı təcrübə ilə diaspor fəaliyyətinin daha da canlanmasına, Azərbaycanla xarici ölkələrin əlaqələrinin daha da güclənməsinə dair əhəmiyyətli iş görə biləcək”.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bildirdi ki, Fuad Muradov cənab Prezidentin komandasında cavan və perspektivli şəxslərdən biridir: “O, xüsusən gəncləri öz ətrafında birləşdirməyi bacaran şəxsdir. Bu günə qədər olan fəaliyyəti göstərir ki, yeni rəhbər üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən gələcə biləcək. 
Nəzərə alaq ki, diaspor fəaliyyəti könüllü prinsip əsasda, dövlətə, Vətənə, millətə xidmətdir. Diaspor işi ilə məşğul olan insanların heç biri rəsmi şəkildə əmək haqqı almır. Yəni kimdənsə asılı deyillər. İnanıram ki, Fuad Muradovun rəhbərliyik etdiyi Komitə qapılarını diaspor təşkilatlarının üzünə açacaq, qaldırılan məsələlərə diqqətlə yanaşacaq. 
Ümumiyyətlə, problemlərin tez bir zamanda həll edilməsində yardımçı olacaq. Parçalanmış diaspor təşkilatlarının birləşməsinə kömək edəcək. Bu məsələləri Komitə həyata keçirsə, diasporumuz daha da güclənəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz