Əlaqə Arxiv
news Image
2018.05.03
12:11
| A A A
Lavrov: “Ukrayna müstəqilliyini itirib”

ABŞ başda olmaqla Qərb ölkələri tərəfindən qızışdırılmış böhranla əlaqədar Ukrayna faktiki olaraq müstəqilliyini və milli iqtisadiyyatını itirib. Bunu İtaliyanın “Panorama” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Uzun illər ərzində Kiyevi yanlış “ya bizimlə, ya da bizə qarşı” seçimi, Şərqlə, yaxud Qərblə əməkdaşlığın inkişafı arasında qoyublar və bu, Ukrayna dövlətçiliyinin kollapsına gətirib çıxarıb. Bu günə olan yekun – de-fakto müstəqilliyin itirilməsi, insanların əzab çəkməsi, ölkənin xalq təsərrüfatının dağılmasıdır. Halbuki bu ölkə Avropada ən stabil və iqtisadi cəhətdən möhkəm ölkələrdən biri ola bilərdi”, - Rusiya XİN-in başçısı bildirib.

O qeyd edib ki, Ukraynadakı daxili siyasi böhranın təqsirkarları “ABŞ başda olmaqla bir qrup Qərb dövlətləridir ki, onlar bütün dünyanı öz nüfuz dairələrinə aid edirlər, özlərini müstəsna hesab edirlər və xalqları “özününkü” və “yad” olaraq bölürlər”.

Sizin Reklam Yeriniz