Əlaqə Arxiv
news Image
2018.05.04
09:23
| A A A
Ermənistan siyasi labirintdən çıxa bilmir
Adətən belə qarışıqlıq terror hadisəsi ilə yoluna qoyulur

Baş nazir seçilməyəndən sonra Nikol Paşinyanın yenidən küçələri bağlamağa, hakimiyyətə itaərsizlik göstərməyə çağırışlr etməsi qanun pozuntusu olmaqla yanaşı, ölkədə dalanları qaranlıq olan siyasi labirint yaradıb. Moskvanın yenı də sükut etməsi və özünü bitərəf göstərməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Bu, oyun olsa da hər halda proqnozlara açıq olmayan paradoksal prosesin getdiyi açıq görünür. 

Paşinyanın Qərbin xeyrinə gedişlər etməsi gizli deyil. Rusiyaya münasibətdə məddahlıq etməsi də istehza doğurur. Çünki danışıqları, proqram adına irəli sürdüyü təkliflər reallığa sığmır və onun tez bir zamanda arxa plana keçəcəyi, yaxud başqalarının sifarişlərini yerinə yetirəcəyi indidən aydındır. Paşinyan bu cür tərz-hərəkətlə idarəetmə strukturunu dağıdacağı və yenisini yarada bilməyəcəyi az-çox təcrübəsi olan siyasətçilərə aydındır. Lakin buna baxmayaraq, onun qarşısından geri çəkilir və meydanda sərbəst surətdə at oynamasına şərait yaradılır. Ola bilsin ki, bu, Kremlin cızdığı plan əsasında baş verir. Ancaq hər bir halda hadisələrin inkişafı müxalifəə süni imkanlar yaradıldığını ehtiva edir. 
Lakin Ermənistan Respublika Partiyası “deputatların üçdə birinin dəstəklədiyi namizədi biz də dəstəkləyəcəyik” fikrini şifahi surətdə ortalığa atan kimi Paşinyanın pozuculuq fəaliyyəti dayanıb. Yəni bu adamın əsas məqsədi Ermənistanın müstəqilliyi, demokratik quruculuq yoluna çıxması yox, yalnız və yalnız baş nazir vəzifəsinə seçilməkdir. Düzdür, bu “inqilabçı” on minlərlə adamım dəstəyini alıb, “xalq” onu dəstəkləyir. Lakin qara-qışqırıq salıb küçələrdə yürüş etməklə vəzifə başına keçib ölkəni idarə etmək eyni mahiyyətdə olan məsələlər deyil. Paşinyan özünün kiçik bir qrupa sığan tərəfdarlarını partiya adlandırsa da, o, təkdir və ətrafında hökumətin əsas strukturlarında təmsil oluna bilən 100 nəfər təcrübəli kadrı yoxdur. Görəsən, o, baş nazir seçiləcəyi halda kimlərlə işləyəcəyini düşünürmü? Belə görünür ki, yox! Bu isə ona dəlalət edir ki, onu vəzifə davasına təhrik edən və kulisdə qalan başqa bir qrup var. Təbii ki, bu qrup Kremlə tabe deyil və diasporun əli ilə xaricdən idarə olunur. Yəni, Rusiyanın maraqlarına zərbə hazırlayır. Onda yenə geosiyasi mübarizənin xarakterinə uyğun təbii sual yaranır: Rusiya niyə buna yol verir? Yəni, Moskvanın İrəvana təsiri bu dərəcədə zəifləyib ki, Ermənistanı Qərblə bölüşdürmək məcburiyyəti qarşısında qalıb? Baş verənlər bu suala “hə” desə də, inandırıcı görünmür. 
Mayın 1-dən əvvəl də Paşinyanın seçilməyəcəyinə inananlar az idi. Mayın 8-i üçün proqnozlar “inqilabçının” xeyrinədir. Bunun əsas səbəbini əhalinin keçirdiyi mitinqlərdə yox, məhz hakim partiyanın öz-özünü gözdən salmasında, təcavüzkar və rüşvətxor siyasətindədir. Yəni, hazırda Ermənistanda Paşinyanın pafoslu çıxışlarının qarşısına çıxa biləcək hər hansı partiya və ya qrup yoxdur. İndi hər kəs özünü oda atan bu romantik “siyasətçi”dən istifadə edib hakimiyyətdə yer almağı düşünür. Sonradan xəyalpərəstləri aldatmaq asandır. Lakin bunlar yalnız ehtimaldır. Baş nazir postunu ələ keçirdikdən sonra bu romantikin nə səhvlər edə biləcəyi və təkcə ölkəsində yox, bütövlükdə regionda təhlükəsizliyə ciddi əngəllər yaradacağı hələ məlum deyil. Məlum olanda isə gec olacaq və nəticədə qanlı hadisələr baş verəcək.   
Rusiyalı politoloq Yevgeni Mixaylov artıq belə bir rəy bildirib ki, “Rusiya Ermənistana uduzub”. Bununla yanaşı o, Ermənistanı vətəndaş qarşıdurmasının təhdid etdiyini proqnozlaşdırıb. Olmaya bu, Kremlin vəziyyəti düzəltmək üçün düşündüyü planın tərkib hissəsidir. Çünki, Paşinyan dilemmasının iki mərhələsi var: birincisi, hakimiyyət uğrunda daxili mübarizə idi ki, Serj Sarkisyan, başqa sözlə, Qarabağ klanı bu mərhələdə uduzdu. İkincisi isə Qərb və Rusiya arasında gedən mübarizədir ki, bu daha dəhşətlidir və hələ ki, nəticə bilinmir. Buna görə də müşahidəçilərə gözləmək qalır. Hətta ola bilər ki, normadan artıq gözləməli olsunlar. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz