Əlaqə Arxiv
news Image
2018.05.04
11:42
| A A A
Prezident İlham Əliyev Xaçmaz rayonunda səfərdədir - YENİLƏNİB - FOTO

11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz-Xudat avtomobil yolunun 24 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

---------
11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına "Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi.

Azərbaycan Prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Prezident İlham Əliyev filialın kollektivi ilə görüşdü.

Müəssisənin işçisi Zahirə Beydullayeva və filialın direktoru Sevda Xəlilova göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

----------
11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gəlib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verdi.

X X X

Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sizin Reklam Yeriniz