Əlaqə Arxiv
news Image
2018.05.04
15:05
| A A A
İndoneziya prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Movqe.az-ın məlumatına görə, məktubda deyilir: "Zati-aliləri. İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı hökumətim və xalqım adından Zati-alinizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Ötən 25 il ərzində daim güclənməkdə olan əlaqələrimizin inkişafı və təşviq edilməsi istiqamətində ölkələrimizin böyük səylərinin şahidi olmuşuq. Bu xoş fürsətdən istifadə edərək, İndoneziyanın Azərbaycan ilə müxtəlif sahələr üzrə yaxın əməkdaşlığın davam etdirilməsində qərarlı olduğunu bir daha vurğulamaq istərdim.

Mən dərindən inanıram ki, mövcud əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün birgə səylərimizi davam etdirəcəyik. Bunun üçün Zati-alinizin hər iki tərəfə münasib tarixdə İndoneziyaya səfər etməsindən şərəf duyardım.

Mən əminəm ki, Sizin səfəriniz xalqlarımızın mənafeyi naminə İndoneziya ilə Azərbaycan arasındakı səmimi əməkdaşlığın daha da inkişaf etməsinə yol açacaqdır. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin."

Sizin Reklam Yeriniz