Əlaqə Arxiv
news Image
2018.05.08
10:26
| A A A
Sarkisyanın bank hesablarına həbs qoyula bilər - FOTO

Təhqiqat aparıldıqdan sonra Qərb Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və onun yaxın ətrafındakı iş adamlarının hesablarını dondurmaq niyyətindədir.

Movqe.az virtualaz.org-a istinadən xəbər verir ki, bu tədbirlərin son məqsədi xarici ölkələrdə aşkar olunmuş bütün maliyyə vəsaitlərinin Ermənistana geri qaytarılmasıdır.

Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryanın sözlərinə görə, onun ünvanına Ermənistanın keçmiş prezidentinin ofşor sövdələşmələrinin təhqiqatının aparılması ilə bağlı təkliflər gəlib.

 

 

Aşot Qriqoryan

Qriqoryan Serj Sarkisyanın prezidentliyi dövründə korrupsiya sxemlərindən əziyyət çəkmiş bütün iş adamlarından xahiş edib ki, müvafiq məlumatları təqdim etsinlər.

KİV-lərdə olan məlumata görə, Ermənistanın keçmiş prezidentinin yaxın ətrafının ən parlaq nümayəndəsi "Ermənistan elektrik şəbəkələri"ni ofşor sövdələşmələrinin hesabına aldığı iddia olunan rusiyalı milyarder Samvel Karapetyandır.

Sizin Reklam Yeriniz