Əlaqə Arxiv
news Image
2018.05.10
10:01
| A A A
Aqil Acalov :”Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan Azərbaycan xalqına müdrik dahi idi”

İnsan doğulandan etibarən seçimlər qarşısında qalır kimi bu seçimdən yaxşı çıxır, kimisi isə bu sınaqdan nəyinki,çıxmağı adını,həyat yaşayışını,şöhrətini bütün dünyaya bariz və aşkar şəkildə nümayiş edir. Vətən sevgisini neçə insanlara, neçə ölkələrə aşılayacağını düşünür gecə-gündüz çalışır əzmlə,qürurla hər yerdə mən Azərbaycanlıyam kəlməsinin mahiyyətini başqa dildən,başqa irqdən insanlarada çatdırır. Bəlkədə dahilər hər zaman seçimlərin ən böyüyünü və ən mötəbərini seçərək həyatlarını bir yola adayır oda torpağı,xalqı olur. Azərbaycansa bu baxımdan həm şanslıdır,həmdə bütün dünyaya nümunədir dövlətçilik,siyasətini və bununla paralel xalqı ucada tutmağı biləndir.Çox görkəmli şəxsiyyətlər gəlib keçib bizim torpaqdan adını şanıyla duyuran bu hər əsr belə davam edib.Azərbaycanın taleyi keçmişi və gələcəyi üçün  20-ci əsrin qazandırdığı ən böyük unudlumaz dahisi isə Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyev demək kifayətdir ki, artıq digər ölkə xalqlarının  Azərbaycan üçün necə fikir formalaşmasına şahid olaq. Bəli bu ad əbədi və əzəli olaraq bu torpaqların üzərində anılacaq böyük əsrlər keçsə belə insanlar məs bu addan nümunə götürərək yoluna davam edəcək.

 Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvanda dəmiryolçu  ailəsində doğulub hətda haşiyədən kənara keçib vurğulamaq istərdim ki, ulu öndərə adını anası İzzət xanım  verib. 1895-ci ildə represiya yaşayan və Qərbi Azərbaycandan didərgin düşərkən 23 yaşlı qardaşı Heydərin vəfatı İzzət xanımı dərindən sarsıdır o,beləliklə ulu öndərə qardaşı Heydərin adını verir.Çox uşaqlı ailənin oğlu olan Heydər Əliyev daha kiçik yaşlarından hamıdan seçilən zehinlə öndə idi o,məktəbi əla qiymətlərlə başa vuraraq 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.  2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Hər insan yaşadığı həyatı dolu mənalı və digərlərinədə örnək yaşamır çox nadirən belə insanlar olur Heydər Əliyevdə bu insanlardandır özündən sonra belə örnək olan və açdığı yolla neçə insanı zirvəyə daşıyan. Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi. Məsələ ondan ibarətdir ki, xalq hərəkatı dalğası üzərində siyasətə atılanlar bir tərəfdən, köhnə kommunist nomenklaturasının Kremldən asılı olan qrupları, digər tərəfdən, Azərbaycanda siyasi təfəkkürü məhdud məhəlli çərçivəyə salaraq ondan çıxmasına ciddi maneələr törədən qüvvələri təmsil edirdi. Cəmiyyət ifrat milliyətçiliklə imperiyapərəstlik arasında sıxışdırılıb qalmışdı. Azərbaycanı həqiqi mənada müstəqil edə biləcək və “qızıl orta xətti” təşkil edəcək siyasi təfəkkürün formalaşdırılması həyati tələbata çevrilmişdi. Bunu isə yalnız konkret praktiki addımlarla etmək mümkün idi. Heydər Əliyev daxildəki radikal qrupları zərərsizləşdirməklə məsələnin bir qismini həll etdi. Bir neçə il siyasət meydanında at oynadanlar artıq arxa plana keçmişdi və xalq onları lider kimi qəbul etmirdi. Lakin ulu öndər çox gözəl başa düşürdü ki, bu, işin bir qismidir. Ona görə də paralel olaraq siyasi mühitdə ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri ilə uyğunlaşdıraraq həyata keçirirdi – sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə çıxarır və neft strategiyasını dövlət quruculuğuna təkan verən faktora çevirirdi. Təbii ki, bu, çox ciddi geosiyasi yenilik idi. Təsadüfi deyil ki, sonralar dünyanın bir sıra aparıcı liderləri Heydər Əliyevlə bağlı müəyyən etirafları etdilər. ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klinton deyirdi: 

   “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm...Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.

Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə möhtəşəm binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldılmışdır. Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus duha idi. Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Amma ümummilli liderimizin sonralar dediyi kimi bu rejimə açıq-aşkar qarşı çıxmaqla həmin dövrdə heç nəyə nail olmaq mümkün deyildi. Ən düzgün yol bu siyasətdə öz xalqına, vətəninə bacardığın qədər çox xidmət göstərmək idi. Bu dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür.

Aqil Acalov 

Sizin Reklam Yeriniz