Əlaqə Arxiv
news Image
2018.05.10
12:29
| A A A
Azərbaycan ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü qeyd edir

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Movqe.az-ın məlumatına görə, Ulu Öndərin ad günü - mayın 10-da səhər saatlarından ictimaiyyət nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.

Sizin Reklam Yeriniz