Əlaqə Arxiv
news Image
2018.05.10
12:35
| A A A
"Bu həsəd o qədər böyük idi ki, onu məhv etmək üçün sui-qəsdlər də hazırlanmışdı"

1969-cu il. İdeoloji cəhətdən iki nəhəng qütbə ayrılmış dunyada sosializm və kapitalizm arasında mübarizə özünün yüksək həddinə çatmışdı. Soyuq müharibə bütün şiddəti ilə vüsət alır, fövqəldövlətlərin qarşıdurması genişlənir. SSRI və ABŞ həm Yer kürəsində, həm də kosmosda üstünlük uğrunda amansız müharibə aparırlar. Vyetnamda müharibə davam edir, SSRI ilə Çin arasında sərhəd toqquşmaları güclənir. Həm sosialist düşərgəsinə daxil olan Cexoslovakiya, Polşa kimi ölkələrdə, həm Qərbin keçmiş mustəmləkələrində azadlıq hərəkatları genişlənir. ABS, Fransa, İsrail, Fələstində yeni liderlər hakimiyyətə gəlirlər. Nikson, Pompidu, Ərəfat, Qolda Meir. SSRI dünyanın diqqət mərkəzində olan ölkədir. Burada baş verən hər bir mühüm hadisə dunyada əks səda doğurmaqla yanaşı dərindən araşdırılır, muzakirə olunur. Bu fonda xüsusilə, müttəfiq respublikalarda rəhbərliyin kim olması, səxsiyyəti və fəaliyyəti Qərb siyasi dairələrinin, xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. SSRİ-də ümumi durğunluq dövrü olsa da, Azərbaycanda dinamik inkişafin zəmini qoyulur. Çünki, 14 iyulda müttəfiq respublikanın rəhbəri tarixci, memar, xüsusi xidmət generalı Heydər Əliyev seçilir.

Nadir fenomenal şəxsiyyət

Bu insan unikaldır, universaldır. Tarixçi hafizəsini, memar istedadını və hərbçi zabitəsini mükəmməl şəkildə özündə birləşdirən nadir fenomenal şəxsiyyətdir. SSRİ-də Siyasi Buroda rəqabət güclənib və müttəfiq respublikalarda kimlərin birinci katib olması mühüm məsələdir. Belə bir dövrdə fövqəldövlətin aparıcı respublikasına rəhbər seçilən Heydər Əliyev dünyanın diqqət mərkəzində durmağı bacarır. ABŞ prezidenti olmuş, həmin dövrdə isə Heydər Əliyev kimi xüsusi xidmət orqanı rəhbəri olan C.Buş onunla ABS-da görüşərkən etiraf etmişdi ki, biz o dövrdə sizinlə çox maraqlanırdıq. Onun SSRİ-dəki mövcud olan mənfi halları tənqid etməsi fövqəldövlətlərin nəzərini ONA cəlb etmişdi. Siyasi Olimpə yüksələn lider ölkədəki problemlər barədə cəsarətlə danışmağı, vəziyyətdən çıxış yolu göstərməyə başladı. Bu həm sovet, həm Qərb ölkələrinin diqqətini Azərbaycana ýöneltdi. Dağlıq Qarabağda erməni separatçılarının destruktiv fəaliyyətinin qarşısı alındı. Ermənilər bu gün bir şeyə təəssüflənirlər ki, həmin dövrdə Azərbaycana Heydər Əliyev rəhbərlik etməyə basladi. Əks halda, Daglıq Qarabağ Ermənistanla ümumi təsərrufat yaradılması baxımından məqsədyönlüluk bəhanəsi ilə SSRI rəhbərliyinin qərarı ilə Azərbaycandan alinaraq Ermənistana veriləsi idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi Dağlıq Qarabağ ətrafında baş verəcək olan məlum hadisələri 20 il gecikdirdi, tarix təxirə salındı. Halbuki, xaricdəki erməni diasporası və onun SSRİ-dəki əlaltıları Qarabağın Azərbaycandan qoparılmasini həmin dövrdə başlamaq istəyirdilər. Lakin nüfuzlu, iradəli, xarizmatik Əliyevin qarşısında aciz qalacaqlarını, məkrli planlarının ifşa ediləcəyini dərk edərək fürsət gözləməyə başladılar. Və həmin fürsət 20 il sonra yetişdi. O vaxt ki, Əliyev böyük siyasətdən uzaqlaşdırılmısdi. SSRI rəhbəri olmağa tək maneə onun milli mənsubiyyəti, slavyan mənsəli olmaması idi. Doğrudur, Andropov özü Şimali Qafqazdan idi və hakimiyyətə gəldikdən sonra qeyri-slavyanların da SSRI rəhbərliyində təmsil olunmasına çalışırdı. Lakin onun ölümündən sonra Qorbaçov vaxtilə hamisi olmuş Yuri Andropovicin yaratdigi nizamı dəyişməyə başladı. Əsas hədəf istedadı ilə onu kölgədə qoyan Əliyevi siyasi fəaliyyətdən uzaqlaşdırmaq idi. Hətta bu həsəd o qədər böyük idi ki, o, Heydər Əliyevi fiziki cəhətdən məhv etmək üçün dəfələrlə ona qarşı sui-qəsdlər də hazırlanmışdı.

Azərbaycanın dayanıqlı inkişafının əsasını qoyan lider

Qorbaçovun qarşısında xarici himayədarları tərəfindən tapşırıqlar qoyulmuşdu və Heydər Əliyevi kimi ağıllı insan onun planlarına mane olurdu. Düşmənini məğlub edə bilmirsənsə, onu məhv et! Bu prinsipdən çıxış edən SSRI rəhbəri ONU hakimiyyətdən uzaqlaşdırmaq azmış kimi, həyatına sui-qəsdlər təşkil etməyə başladı. Lakin buna müyəssər ola bilmədi. Kənd təsərrüfatı sahəsindən təsadüfən siyasi hakimiyyətə gəlmiş Qorbaçov zəngin həyat yolu keçmiş xüsusi xidmət generalına üstün gələ bilməzdi.

Bir müddət sukunətini qoruyan Heydər Əliyev Azərbaycana qarşı olan haqsız münasibətə etirazını bildirməkdən çəkinmədi. 20 yanvar faciəsinə etiraz, Naxçıvanda əhalinin referendumda SSRİ-dən ayrılmağin lehinə səs verilməsi, sovet bayrağı yerinə ücrəngli bayrağın qaldırılması buna sübut idi. Onu yetişdirmiş olan saf ideologiyasına inandığı sistemin Yenidənqurma adı altında mənfi istiqamətdə deformasiyaya uğradığını görərək, bu sistemə qarşı çıxan ilk insanlardan oldu. Bu sistem bizim hamımızın inandığımız və qurmaq istədiyimiz puritan kommunizmin çox-çox uzaq bir şəkil almışdı.

Hətta xarici ölkə rəhbərləri Naxçıvanda Ali Məclis sədri mövqeyində olan Əliyevi yenə də Azərbaycanın və keçmiş SSRİ-nin şəksiz ən nüfuzlu lideri olaraq qəbul edir, onunla hesablaşırdılar. Blokadada olan Naxçıvana ərzaq yardımından tutmuş, Ermənistanla müharibədə Dağlıq Qarabağda əsir və itkin düşmüş azərbaycanlıların yaxınları ümid yeri kimi ona üz tuturdular. O, öz nüfuzundan istifadə edərək, bir çox azərbaycanlıları düşmən əsarətindən xilas etmiş, blokadadaki Naxçıvan əhalisini aclıqdan, soyuqda donmaqdan qorumuşdur.

ABŞ, Rusiya, Türkiyə, İran kimi dövlətlərin rəhbərləri, siyasi elitası Azərbaycanın qeyri-rəsmi lideri, ən nüfuzlu siyasətçisi qismində onu qəbul edir, məsləhətləşirdilər. Kecmis SSRI məkanında və Bakida isə bu zaman xaos, anarxiya hökm sürürdü. Yeltsin komandasının uğursuz iqtisadi islahatları, Gurcustan-Abxaziya müharibəsi, Tacikistanda vətəndaş qarşıdurması, Moldovada Dnestryanı ərazidə münaqişə, Baltikyanı respublikalarla Moskva arasında keçmişdəki ədavətin davam etməsi. Bu fonda Ermənistanla müharibə və onun nəticələri hər birimizin yaşadığımız tarixdir. Onun Azərbaycan üçün uğursuz nəticələrinin daha da dərinləşməməsi üçün Bişkek protokolunu və 4 ay sonra neft müqavilələrini imzalaması. Bu hadisələr Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsasını qoydu. Mürəkkəb geostrateji ziddiyyətlər kompleksi prizmasinda hakimiyyətə gələn Heydər Əliyev bu ziddiyyətlərdən ustalıqla Azərbaycanın xeyrinə, milli maraqları naminə istifadə etməyə başladı. Dünyada baş verən proseslərin bir neçə güc mərkəzlərindən idarə olunması, əsasən Anqlo-sakson, Avrosentrik məkanlardan yönəldilməsi, bununla yanaşi onlarla muqayisədə nisbətən zəifləmiş, lakin hələ də nəinki regional, hətta qlobal məsələlərə böyük təsir imkanları olan qonşu mərkəzlər tərəfindən impulsların gəlməsi Azərbaycan hakimiyyətində yüksək pesəkarliq bacarığı olan şəxsin olmasını zəruri edirdi. Bunu ancaq sıravi cekistdən generala, Sovet rəhbərliyindən müstəqil Azərbaycanın hakimiyyət Olimpinə şərəflə ucalan böyük insan, böyük şəxsiyyət, böyük lider bacara bilərdi! O, Heydər Əliyevdir!

Politoloq Nəzakət Məmmədova

Sizin Reklam Yeriniz