Əlaqə Arxiv
news Image
2018.05.10
16:18
| A A A
XİN başçısının müavini: "Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminəm"

"Heydər Əliyev Azərbaycanın qurulması və inkişafında həlledici rol oynayıb, Rusiya ilə strateji tərəfdaşlığın əsasını qoyub".
Movqe.az xəbər verir ki, bunu Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış mərasimində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
"Azərbaycanda, demək olar ki, hamının səlis danışdığı, Puşkinin dilinə böyük hörmətlə yanaşırlar", - nazir müavini vurğulayıb. 
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Rusiyaya həmişə Azərbaycanın ən yaxın strateji tərəfdaşı kimi yanaşıb: "Artıq 15 ildir Heydər Əliyev yoxdur, lakin onun gördüyü işlər davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursunu layiqincə dəvam etdirir. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri bundan sonra da inkişaf edəcək və dərinləşəcək".

Sizin Reklam Yeriniz