Əlaqə Arxiv
news Image
2018.05.10
18:30
| A A A
Milyarder Məmişov: “Bizdə belə prezident heç vaxt olmayıb, olmayacaq...”

Sankt-Peterburqdakı azərbaycan diasporunun lideri, milyarder Vaqif Məmişov Rusiyanın keçmiş idman naziri Vitali Mutkonun baş nazir Dmitri Medvedyevin yeni kabinetində vitse-premyer vəzifəsini tutmasına sevinir. Mutko bu postda tikinti sahəsini kurasiya edəcək.

Virtualaz.org xəbər verir ki, Vaqif Məmişov Mutkonu şəxsən tanıdığını deyib. “Vitali Mutko tanınmış adamdır, təmiz adamdır. Bizim prezidentin etibarlı adamıdır. Onun böyük təcrübəsi var, peşəkardır, mən onu şəxsən tanıyıram. Yeni təyinatına müsbət baxıram. Bizim prezident nə edirsə mən onu tam dəstəkləyirəm. Bizim belə prezidentimiz heç vaxt olmayıb və olmayacaq, ona görə də o nə edirsə mən hamısına müsbət baxıram”-azərbaycanlı milyarder “Fontanka.ru”ya bildirib.

Sizin Reklam Yeriniz