Əlaqə Arxiv
news Image
2018.05.13
15:18
| A A A
Elmar Məmmədyarov Belçikaya səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb. Bu barədə Movqe.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, E.Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb.

Bildirilir ki, səfər çərçivəsində E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Sizin Reklam Yeriniz