Əlaqə Arxiv
news Image
2018.05.14
15:33
| A A A
Vüqar Bayramov: BVF-nin son hesabatı Azərbaycandakı iqtisadi sabitliyin artıma transfer olmasından xəbər verir

Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatı praktik olaraq Azərbaycandakı iqtisadi sabitliyin artıma transfer olmasından xəbər verir.

Movqe.az xəbər veirr ki, bunu AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, 2018-ci ilin birinci rübünün yekunlarından sonra bütün beynəlxalq maliyyə qurumları, o cümlədən BVF Azərbaycanla bağlı proqnozlarında düzəliş edib. Azərbaycanın iqtisadiyyatının artımı ilə bağlı müsbət proqnozlar verilib. Hesabat xarakterli proqnozlar ondan xəbər verir ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün sabit dövr idi. 2018-ci ilin əvvəlindən etibarən iqtisadi artım tempi bərpa edilib. Bunun səbəbi neftin dünya bazarındakı qiymətinin büdcədə nəzərdə tutulandan çox olmasıdır. Digər tərəfdən, qeyri-neft sektorunda da qeydə alınan artımın 2018-ci ildə müsbət proqnozlar verməyə imkan yaratdığını deyən V.Bayramov qeyd edib ki, bu ilin birinci rübünə diqqət yetirdikdə görmək olur ki, qeyri-neft sektorunda artım neft sektorundan çoxdur və sənayedə artım tempi 5 dəfə çoxalıb.

Vüqar Bayramov deyib ki, BVF-nin qeyd etdiyi əsas məqamlardan biri dövlət investisiyaları hesabına iqtisadiyyatdakı artımın bərpa edilməsi və genişləndirilməsidir. Son dövrlər daxili mənbələrdə ciddi artımlar qeydə alınır. Bu, dövlət gəlirlərinin real sektora cəlb edilməsi ilə əlaqədardır.

İqtisadçı ekspert vurğulayıb ki, 2018-ci ilin əvvəlindən başlayaraq inşaat sektorunda da ciddi irəliləyiş qeydə alınıb. BVF-nin hesabatında göstərilir ki, Azərbaycanda balanslı və dayanıqlı iqtisadiyyat bərpa olunub və yaxın gələcəkdə mühüm iqtisadi artımların olacağı istisna edilmir.

BVF-nin proqnozlarına görə, gələn il iqtisadiyyatda artım 2 bənd çox olacaq. Bundan başqa, beynəlxalq maliyyə qurumunun hesabatında qeyd olunub ki, Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. Belə ki, 2017-ci ildə neftin qiymətinin kəskin yüksəlməsi nəticəsində Qafqazın və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4 faiz təşkil edib. Azərbaycanda yüksək dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edərək artıma töhfə verib. Hesabat müəllifləri qeyd ediblər ki, neft ixrac edən ölkələrin fiskal mövqeyi də yaxşılaşıb. Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər. Hazırda ölkədə fiskal qaydalar işlənib hazırlanır.

Sizin Reklam Yeriniz